Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda pul köçürmələri: haradan, hara və nə qədər

Abunə olmaq
Fiziki şəxslərdən Azərbaycana və Azərbaycandan pul köçürmələri 2022-ci ilin ilk üç ayında nəzərəçarpacaq dərəcədə artıb. Ən böyük köçürmə Rusiyadan gəlir.
BAKI, 5 iyul — Sputnik. 2022-ci ilin I rübündə fiziki şəxslərdən Azərbaycana pul köçürmələrinin həcmi təqribən 240 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13,3 milyon dollar və ya 5,9% çoxdur.
Ən çox köçürmənin daxil olduğu ilk üç ölkə Rusiya, ABŞ və Türkiyə olub.
Öz növbəsində, yanvar-mart aylarında respublikadan xaricə pul köçürmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% artaraq 150 milyon dolları ötüb.
Bu dövrdə xarici köçürmələrin əsas "təyinat məqsədi" qonşu ölkə Türkiyə olub.
İnfoqrafikadan da aydın göründüyü kimi, Azərbaycana edilən pul köçürmələrinin həcmi xaricə olunan köçürmələrin həcmini üstələyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0