https://sputnik.az/20220705/azerbaycanda-iqlim-deyismelerine-en-hessas-20-rayon-mueyyenlesdirilecek-443717712.html
Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək
Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək
Sputnik Azərbaycan
Əliyev bildirib ki, NAP layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi üç prioritet sahədə Milli Uyğunlaşma Planının hazırlanması, eləcə də iqlim... 05.07.2022, Sputnik Azərbaycan
2022-07-05T17:20+0400
2022-07-05T17:20+0400
2022-07-05T17:20+0400
iqlim
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330150_0:160:3073:1888_1920x0_80_0_0_76e144589fe28406f26e288f946c635d.jpg
BAKI, 5 iyul — Sputnik. İqlim dəyişmələri üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni hüquqi sənədlərin hazırlanması nəzərdə tutulur.Bunu BMTİP-in Azərbaycan nümayəndəliyinin Milli Adaptasiya Planına Yardım layihəsinin meneceri Zaur Əliyev "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.O bildirib ki, NAP layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi üç prioritet sahədə (su ehtiyatları, kənd təsərrüfatı və sahilyanı ərazilər) Milli Uyğunlaşma Planının hazırlanması, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma fəaliyyətlərində Azərbaycan hökumətinə dəstək göstərəcək.Z.Əliyev qeyd edib ki, nəticədə iqlim dəyişmələrinin prioritet sektorlara təsiri ilə bağlı ətraflı analiz aparılacaq: "Hökumətə dəstək məqsədilə iqlim dəyişmələri məlumatlarının toplanması və paylaşılması üçün avadanlıqlar alınacaq. Həmçinin iqlim dəyişmələri üzrə yerli ekspert reyestrinin yaradılması planlaşdırılır. Bundan başqa, Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək".Layihə meneceri həmçinin əlavə edib ki, iqlim dəyişmələrinə həssaslıq indeksi yaradılması nəzərdə tutulub:"Adaptasiya İşçi Qrupunun nizamnaməsinin yaradılması düşünülür. Eyni zamanda, özəl sektorların iqlim dəyişmələri fəaliyyətlərinə cəlbi məqsədilə ilin sonuna qədər iqlim dəyişmələri ilə bağlı özəl sahibkarların ölkə daxili forumunun təşkili planlaşdırılır".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/01/424330150_170:0:2901:2048_1920x0_80_0_0_7f52ad8d9452168d1252767fb071e210.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqlim, azərbaycan
Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək
Əliyev bildirib ki, NAP layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi üç prioritet sahədə Milli Uyğunlaşma Planının hazırlanması, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma fəaliyyətlərində Azərbaycan hökumətinə dəstək göstərəcək
BAKI, 5 iyul — Sputnik. İqlim dəyişmələri üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni hüquqi sənədlərin hazırlanması nəzərdə tutulur.
Bunu BMTİP-in Azərbaycan nümayəndəliyinin Milli Adaptasiya Planına Yardım layihəsinin meneceri Zaur Əliyev "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, NAP layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi üç prioritet sahədə (su ehtiyatları, kənd təsərrüfatı və sahilyanı ərazilər) Milli Uyğunlaşma Planının hazırlanması, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma fəaliyyətlərində Azərbaycan hökumətinə dəstək göstərəcək.
Z.Əliyev qeyd edib ki, nəticədə iqlim dəyişmələrinin prioritet sektorlara təsiri ilə bağlı ətraflı analiz aparılacaq: "Hökumətə dəstək məqsədilə iqlim dəyişmələri məlumatlarının toplanması və paylaşılması üçün avadanlıqlar alınacaq. Həmçinin iqlim dəyişmələri üzrə yerli ekspert reyestrinin yaradılması planlaşdırılır. Bundan başqa, Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək".
Layihə meneceri həmçinin əlavə edib ki, iqlim dəyişmələrinə həssaslıq indeksi yaradılması nəzərdə tutulub:
"Adaptasiya İşçi Qrupunun nizamnaməsinin yaradılması düşünülür. Eyni zamanda, özəl sektorların iqlim dəyişmələri fəaliyyətlərinə cəlbi məqsədilə ilin sonuna qədər iqlim dəyişmələri ilə bağlı özəl sahibkarların ölkə daxili forumunun təşkili planlaşdırılır".