CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə ölən sürücünün nəşi Azərbaycana gətirilir

© AFP 2023 / STRTürkiyədə təcili yardım avotmobili, arxiv şəkli
Türkiyədə təcili yardım avotmobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
BAKI, 4 iyul — Sputnik. Türkiyənin Artvin vilayətində təbii fəlakət zamanı həlak olan sürücü Şahlar Kərimovun nəşi Azərbaycana yola salınıb.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Artvin vilayətində torpaq uçqunu zamanı 99-HY-188 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü Şahlar Kərimov həlak olub.
Xatırladaq ki, Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qeyd olunub ki, 3 yük maşını qayaların altında qalıb. Məlumata görə, təbii fəlakət bölgəsində olan yük maşınları zərər görüb, yol bağlanıb.
Xəbər lenti
0