https://sputnik.az/20220704/sud-vezi-xercenginin-daha-ugurlu-mualice-metodu-mueyyen-edilib-443641173.html
Süd vəzi xərçənginin daha uğurlu müalicə metodu müəyyən edilib
Süd vəzi xərçənginin daha uğurlu müalicə metodu müəyyən edilib
Sputnik Azərbaycan
Rusiya və amerikalı alimlərin apardığı tədqiqat zamanı alkoqolizm əleyhinə dərmanın süd vəzi xərçənginə qarşı təsirli olduğu üzə çıxıb. 04.07.2022, Sputnik Azərbaycan
2022-07-04T07:30+0400
2022-07-04T07:30+0400
2022-07-04T07:30+0400
xərçəng
səhiyyə
süd vəzi xərçəngi
https://cdnn1.img.sputnik.az/img/42308/99/423089900_0:0:3073:1728_1920x0_80_0_0_540009df35e3b5426a0b48236b979909.jpg
BAKI, 4 iyul - Sputnik. Rusiyalı alimlər amerikalı həmkarları ilə birgə döş xərçənginin müalicəsi üçün yeni üsul təklif ediblər. Tədqiqatın nəticələrinə görə xərçəng hüceyrələrini hüceyrə entozuna (özünü məhv etmək və ya bir-birini yemək) kömək edən preparat vasitəsi ilə effektiv şəkildə məhv etmək olar. Bu barədə TASS Rusiya Elmlər Akademiyasının Nəzəri və Eksperimental Biofizika İnstitutunun mətbuat xidmətinə istinadən məlumat yayıb.İş prosesində mütəxəssislər şiş hüceyrələrinə bu yaxınlarda məlum olan etnoz metodunu tətbiq ediblər. Bunun sayəsində onlarda "özünü məhv etmə" prosesinə başlamağa müvəffəq olublar. Bu texnologiya onkoloji şişlərə aqressiv şəkildə hücum edən disulfiram, yəni alkoqol asılılığına qarşı müalicə üçün istifadə olunan dərman vasitəsi ilə həyata keçirilib. Daha sonra bu maddə süd vəzi xərçəngi üzərində də sınaqdan keçirilib.Nəticələr göstərir ki, disulfiram yüksək dozalarda və uzun müddətli istifadədə neoplazmanı məhv etməyə qadirdir. Həkimlərin fikrincə, kimyaterapiya kömək etmədiyi təqdirdə bu üsul effektiv həll yolu olacaq.2022-ci ilin dekabrında Harvard Tibb Məktəbi və Boston Uşaq Xəstəxanasında disulfiramdan həmçinin koronavirus infeksiyasından müalicədə və ölüm riskini azalda biləcək vasitə kimi istifadə etmək mümkün olduğunu qeyd ediblər.
https://sputnik.az/20220219/alimler-xerceng-terapiyasi-ucun-tropik-bitkilerden-material-yaradiblar-439271128.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/99/423089900_0:0:2731:2048_1920x0_80_0_0_ab5c991a040e1ddd7d03e9be02283c49.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xərçəng, süd vəzi xərçəngi
xərçəng, süd vəzi xərçəngi
Süd vəzi xərçənginin daha uğurlu müalicə metodu müəyyən edilib
Rusiya və amerikalı alimlərin apardığı tədqiqat zamanı alkoqolizm əleyhinə dərmanın süd vəzi xərçənginə qarşı təsirli olduğu üzə çıxıb.
BAKI, 4 iyul - Sputnik. Rusiyalı alimlər amerikalı həmkarları ilə birgə döş xərçənginin müalicəsi üçün yeni üsul təklif ediblər. Tədqiqatın nəticələrinə görə xərçəng hüceyrələrini hüceyrə entozuna (özünü məhv etmək və ya bir-birini yemək) kömək edən preparat vasitəsi ilə effektiv şəkildə məhv etmək olar. Bu barədə TASS Rusiya Elmlər Akademiyasının Nəzəri və Eksperimental Biofizika İnstitutunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
İş prosesində mütəxəssislər şiş hüceyrələrinə bu yaxınlarda məlum olan etnoz metodunu tətbiq ediblər. Bunun sayəsində onlarda "özünü məhv etmə" prosesinə başlamağa müvəffəq olublar.
Bu texnologiya onkoloji şişlərə aqressiv şəkildə hücum edən disulfiram, yəni alkoqol asılılığına qarşı müalicə üçün istifadə olunan dərman vasitəsi ilə həyata keçirilib. Daha sonra bu maddə süd vəzi xərçəngi üzərində də sınaqdan keçirilib.
Nəticələr göstərir ki, disulfiram yüksək dozalarda və uzun müddətli istifadədə neoplazmanı məhv etməyə qadirdir. Həkimlərin fikrincə, kimyaterapiya kömək etmədiyi təqdirdə bu üsul effektiv həll yolu olacaq.
2022-ci ilin dekabrında Harvard Tibb Məktəbi və Boston Uşaq Xəstəxanasında disulfiramdan həmçinin koronavirus infeksiyasından müalicədə və ölüm riskini azalda biləcək vasitə kimi istifadə etmək mümkün olduğunu qeyd ediblər.