https://sputnik.az/20220704/simal-qerb-bolgesi-sele-teslim-oldu-ciddi-fesadlar-var-443659859.html
Şimal-qərb bölgəsi selə təslim oldu: Ciddi fəsadlar var
Şimal-qərb bölgəsi selə təslim oldu: Ciddi fəsadlar var
Sputnik Azərbaycan
Zaqatalanın Muxax kənd icra hakimiyyətinin nümayəndəsi Abdulkərim Şabanov kənddə bir çox evləri su basdığını və 30-dan çox evə ziyan dəydiyini bildirir. 04.07.2022, Sputnik Azərbaycan
2022-07-04T12:26+0400
2022-07-04T12:26+0400
2022-07-04T12:26+0400
sel
hadisə
zaqatala
qax
https://cdnn1.img.sputnik.az/img/07e6/03/15/440358644_0:51:1000:614_1920x0_80_0_0_5e9f8d15872c2b2f24b3adc4e523cb9e.jpg
BAKI, 4 iyul — Sputnik. Dünən gecədən Şimal-qərb bölgəsinə yağan aramsız yağışlar nəticəsində Qaxın və Zaqatalanın bir neçə kəndləri sel su altında qalıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, ən çox ziyan Qaxın Ləkit, Ləkit Kötüklü və Zərnə kəndlərinə, həmçinin Zaqatalanın Muxax kəndinə dəyib. Kənd sakinlərinin sözlərinə görə, məntəqələrin yolları faktiki olaraq bağlanıb.Məsələ ilə bağlı kəndin Bələdiyyə sədri Abdulla Kazımov ilə əlaqə saxladıq. Bələdiyyə sədri sel səbəbindən kənddə bir neçə sahəyə ziyan dəydiyini bildirdi: "Gecə yağan aramsız yağışlar nəticəsində bir neçə kənd sel altında qalıb. Ləkit Kötüklü kəndinə gedən yol bağlanıb, kəndlə əlaqə kəsilib. Zərnə kəndinin yollarını sel aparıb və yollar yararsız hala düşüb. Ən çox da kənd təsərrüfatına, taxıl sahələrinə ziyan dəyib. Dünən gecədən icra nümayəndələri ilə ərazidəyik. Tez bir zamanda yaranan problemlərin aradan qaldırılmasına çalışırıq"Zaqatalanın Muxax kənd icra hakimiyyətinin nümayəndəsi Abdulkərim Şabanov isə kənddə bir çox evləri su basdığını və 30-dan çox evə ziyan dəydiyini bildirdi. Bundan başqa hələ də yağışın yağdığını dedi.Qaxın İlisu kəndində də yağan aramsız yağışlar nəticəsində çaylarda su artıb. Kənd sakinlərinin sözlərinə görə, yağış belə yağmağa davam edərsə kənd sel altında qalacaq və dağın ətəyində tikilmiş bir neçə obyekti sel aparacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/15/440358644_57:0:944:665_1920x0_80_0_0_0aa6c1ed006289a790c0a592bde6ffc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
sel, zaqatala, qax
Şimal-qərb bölgəsi selə təslim oldu: Ciddi fəsadlar var
Zaqatalanın Muxax kənd icra hakimiyyətinin nümayəndəsi Abdulkərim Şabanov kənddə bir çox evləri su basdığını və 30-dan çox evə ziyan dəydiyini bildirir.
BAKI, 4 iyul — Sputnik. Dünən gecədən Şimal-qərb bölgəsinə yağan aramsız yağışlar nəticəsində Qaxın və Zaqatalanın bir neçə kəndləri sel su altında qalıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, ən çox ziyan Qaxın Ləkit, Ləkit Kötüklü və Zərnə kəndlərinə, həmçinin Zaqatalanın Muxax kəndinə dəyib. Kənd sakinlərinin sözlərinə görə, məntəqələrin yolları faktiki olaraq bağlanıb.
Məsələ ilə bağlı kəndin Bələdiyyə sədri Abdulla Kazımov ilə əlaqə saxladıq. Bələdiyyə sədri sel səbəbindən kənddə bir neçə sahəyə ziyan dəydiyini bildirdi: "Gecə yağan aramsız yağışlar nəticəsində bir neçə kənd sel altında qalıb. Ləkit Kötüklü kəndinə gedən yol bağlanıb, kəndlə əlaqə kəsilib. Zərnə kəndinin yollarını sel aparıb və yollar yararsız hala düşüb. Ən çox da kənd təsərrüfatına, taxıl sahələrinə ziyan dəyib. Dünən gecədən icra nümayəndələri ilə ərazidəyik. Tez bir zamanda yaranan problemlərin aradan qaldırılmasına çalışırıq"
Zaqatalanın Muxax kənd icra hakimiyyətinin nümayəndəsi Abdulkərim Şabanov isə kənddə bir çox evləri su basdığını və 30-dan çox evə ziyan dəydiyini bildirdi. Bundan başqa hələ də yağışın yağdığını dedi.
Qaxın İlisu kəndində də yağan aramsız yağışlar nəticəsində çaylarda su artıb. Kənd sakinlərinin sözlərinə görə, yağış belə yağmağa davam edərsə kənd sel altında qalacaq və dağın ətəyində tikilmiş bir neçə obyekti sel aparacaq.