https://sputnik.az/20220704/ran-prezidenti-azerbaycan-xn-bascisina-ne-deyib--443686901.html
İran Prezidenti Azərbaycan XİN başçısına nə deyib?
İran Prezidenti Azərbaycan XİN başçısına nə deyib?
Sputnik Azərbaycan
Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib. 04.07.2022, Sputnik Azərbaycan
2022-07-04T20:10+0400
2022-07-04T20:10+0400
2022-07-04T22:18+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
əmir abdullahiyan
rəisi
https://cdnn1.img.sputnik.az/img/07e6/07/04/443686262_0:48:1280:768_1920x0_80_0_0_7ff6ec7d8431104a8ab6b6c6df268c0a.jpg
BAKI, 4 iyul - Sputnik. 4 iyul 2022-ci il tarixində İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumata görə, İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb. Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqlarımızın istəyindən irəli gəldiyini söyləyib. Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan Prezident Seyid İbrahim Rəisi, ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.Ceyhun Bayramov iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni bağlardan söhbət açaraq əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bu xüsusda, iki ölkənin Prezidentləri arasında qısa zamanda iki görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir iki ölkə Prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə əldə olunan razılıqlar və verilən tapşırıqlara müvafiq olaraq İranda öz həmkarı ilə faydalı danışıqların aparıldığını qeyd edib.Nazir, həmçinin iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb. Bu xüsusda Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.Görüşdə, həmçinin bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu bildirilib.İran İslam Şurasının sədri ilə sərhədlər və dəhlizlər məsələsi müzakirə edilibİrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.Nazir Ceyhun Bayramov 2020-ci ilin dekabr ayında İrana səfərini və səfər çərçivəsində keçirdiyi səmimi görüşə istinad edib, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafındakı əhəmiyyətini ifadə edib.Nazir Azərbaycan və İran prezidentlərinin Aşqabad şəhərində keçirdikləri görüşü, habelə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşünü, İran XİN rəhbərinin Azərbaycana səfərini, eyni zamanda, xarici işlər nazirləri arasında baş tutan telefon danışıqlarının əhəmiyyətini, İran parlamentinin nümayəndə heyətinin Azərbaycana səfərini, parlamentlərarası əlaqələrin inkişafı və bu istiqamətdə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşlərinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirib.Ceyhun Bayramov əməkdaşlığın parlament ölçüsü üzrə İran Parlamentinin vitse-spikerinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirakını qeyd edib.M.B.Qalibaf Azərbaycan və İran arasında mədəni və dini qardaşlıq əlaqələrinə istinad edərək İran İslam Respublikasının qonşu ölkələr ilə əlaqələrinin inkişafının prioritet məsələ olduğunu diqqətə çatdırıb. O, İran tərəfinin iqtisadi və ticari əlaqələrin inkişafında maraqlı olduğu vurğulayıb.Məhəmməd Baqer Qalibaf Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantıların yaradılmasında İranın hər zaman dəstək verməyə hazır olduğunu və bu layihələrin həyata keçirilməsində İran tərəfinin qərarlı olduğunu bildirib. Eyni zamanda, İran İslam Respublikasının Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlı olduğunu ifadə edib.Nazir qarşı tərəfə cari regional vəziyyət, postmünaqişə dövründə Azərbaycanın sülhün və sabitliyin bərqərar olması üçün irəli sürdüyü təkliflər, bu istiqamətdə atdığı addımlar barədə məlumat verib.Eyni zamanda, İranla sərhəddə Azərbaycanın 132 kilometrlik sərhədinin işğaldan azad edilməsinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib, regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb.Azərbaycan və İran XİN başçıları nəyi müzakirə ediblər? İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşüb.Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir ki, C.Bayramov dəvətə və qonaqpərvərliyə görə təşəkkür ifadə edib. 2021-ci ilin dekabr ayında İran xarici işlər nazirinin Azərbaycana səfərini xatırlayan nazir, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələn inkişafına verdiyi töhfəni qeyd edib.Qısa zamanda, ölkə Prezidentləri arasında iki dəfə görüşlərin keçirilməsinin Azərbaycan və İran arasında əlaqələrin inkişafının göstəricisi olduğu vurğulanıb.C.Bayramov ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 30%, 2022-ci ilin ilk yarısında isə 18% artdığını qeyd edərək bu istiqamətdə inkişaf üçün potensialın daha çox olduğunu bildirib.Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq, bu xüsusda, “Xudafərin” və “Qız Qalası” layihələrinin əhəmiyyəti ifadə edilib. Ölkələrimiz arasında xüsusilə nəqliyyat sahəsində səmərəli regional əməkdaşlığın mövcud olduğu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti qeyd edilib.Astarada dəmir yolu terminalının tikintisinin davam etdirilməsinin vacibliyi, eyni zamanda Astaraçay üzərində körpünün tikintisinin də uğurla davam etdirildiyi qeyd olunub.Mümaqişə sonrası mərhələdə azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, İran şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.Nazir həmkarına Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaşmasına hazır olduğunu bildirib.İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian dəvəti qəbul edib İrana səfər etdiyi üçün nazir Ceyhun Bayramova təşəkkür edib. O, iki ölkənin dövlət başçılarının görüşündə əldə olunan nailiyyətləri, imzalanan sənədləri məmnunluqla qeyd edib. Azərbaycanın İranın xarici siyasətində önəmli yer tutduğunu bildirən nazir Hüseyn Əmir-Abdullahian, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.Nazir Hüseyn Əmirabdullahian, həmçinin İran tərəfinin “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”nun icrasında qərarlı olduğunu ifadə edib.Tərəflər, həmçinin çoxtərəfli formatlarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/04/443686262_96:0:1184:816_1920x0_80_0_0_4986eca0eac8b54d76e675678b1e7b80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, əmir abdullahiyan, rəisi
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, əmir abdullahiyan, rəisi
İran Prezidenti Azərbaycan XİN başçısına nə deyib?
20:10 04.07.2022 (Yenilənib: 22:18 04.07.2022) Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib.
BAKI, 4 iyul - Sputnik. 4 iyul 2022-ci il tarixində İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumata görə, İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb. Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqlarımızın istəyindən irəli gəldiyini söyləyib. Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan Prezident Seyid İbrahim Rəisi, ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.
Ceyhun Bayramov iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni bağlardan söhbət açaraq əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bu xüsusda, iki ölkənin Prezidentləri arasında qısa zamanda iki görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir iki ölkə Prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə əldə olunan razılıqlar və verilən tapşırıqlara müvafiq olaraq İranda öz həmkarı ilə faydalı danışıqların aparıldığını qeyd edib.
Nazir, həmçinin iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb. Bu xüsusda Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu bildirilib.
İran İslam Şurasının sədri ilə sərhədlər və dəhlizlər məsələsi müzakirə edilib
İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.
Nazir Ceyhun Bayramov 2020-ci ilin dekabr ayında İrana səfərini və səfər çərçivəsində keçirdiyi səmimi görüşə istinad edib, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafındakı əhəmiyyətini ifadə edib.
Nazir Azərbaycan və İran prezidentlərinin Aşqabad şəhərində keçirdikləri görüşü, habelə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşünü, İran XİN rəhbərinin Azərbaycana səfərini, eyni zamanda, xarici işlər nazirləri arasında baş tutan telefon danışıqlarının əhəmiyyətini, İran parlamentinin nümayəndə heyətinin Azərbaycana səfərini, parlamentlərarası əlaqələrin inkişafı və bu istiqamətdə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşlərinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirib.
Ceyhun Bayramov əməkdaşlığın parlament ölçüsü üzrə İran Parlamentinin vitse-spikerinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirakını qeyd edib.
M.B.Qalibaf Azərbaycan və İran arasında mədəni və dini qardaşlıq əlaqələrinə istinad edərək İran İslam Respublikasının qonşu ölkələr ilə əlaqələrinin inkişafının prioritet məsələ olduğunu diqqətə çatdırıb. O, İran tərəfinin iqtisadi və ticari əlaqələrin inkişafında maraqlı olduğu vurğulayıb.
Məhəmməd Baqer Qalibaf Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantıların yaradılmasında İranın hər zaman dəstək verməyə hazır olduğunu və bu layihələrin həyata keçirilməsində İran tərəfinin qərarlı olduğunu bildirib. Eyni zamanda, İran İslam Respublikasının Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlı olduğunu ifadə edib.
Nazir qarşı tərəfə cari regional vəziyyət, postmünaqişə dövründə Azərbaycanın sülhün və sabitliyin bərqərar olması üçün irəli sürdüyü təkliflər, bu istiqamətdə atdığı addımlar barədə məlumat verib.
Eyni zamanda, İranla sərhəddə Azərbaycanın 132 kilometrlik sərhədinin işğaldan azad edilməsinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib, regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycan və İran XİN başçıları nəyi müzakirə ediblər?
İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşüb.
Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir ki, C.Bayramov dəvətə və qonaqpərvərliyə görə təşəkkür ifadə edib. 2021-ci ilin dekabr ayında İran xarici işlər nazirinin Azərbaycana səfərini xatırlayan nazir, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələn inkişafına verdiyi töhfəni qeyd edib.
Qısa zamanda, ölkə Prezidentləri arasında iki dəfə görüşlərin keçirilməsinin Azərbaycan və İran arasında əlaqələrin inkişafının göstəricisi olduğu vurğulanıb.
C.Bayramov ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 30%, 2022-ci ilin ilk yarısında isə 18% artdığını qeyd edərək bu istiqamətdə inkişaf üçün potensialın daha çox olduğunu bildirib.
Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq, bu xüsusda, “Xudafərin” və “Qız Qalası” layihələrinin əhəmiyyəti ifadə edilib. Ölkələrimiz arasında xüsusilə nəqliyyat sahəsində səmərəli regional əməkdaşlığın mövcud olduğu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti qeyd edilib.
Astarada dəmir yolu terminalının tikintisinin davam etdirilməsinin vacibliyi, eyni zamanda Astaraçay üzərində körpünün tikintisinin də uğurla davam etdirildiyi qeyd olunub.
Mümaqişə sonrası mərhələdə azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, İran şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.
Nazir həmkarına Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaşmasına hazır olduğunu bildirib.
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian dəvəti qəbul edib İrana səfər etdiyi üçün nazir Ceyhun Bayramova təşəkkür edib. O, iki ölkənin dövlət başçılarının görüşündə əldə olunan nailiyyətləri, imzalanan sənədləri məmnunluqla qeyd edib. Azərbaycanın İranın xarici siyasətində önəmli yer tutduğunu bildirən nazir Hüseyn Əmir-Abdullahian, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.
Nazir Hüseyn Əmirabdullahian, həmçinin İran tərəfinin “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”nun icrasında qərarlı olduğunu ifadə edib.
Tərəflər, həmçinin çoxtərəfli formatlarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.