https://sputnik.az/20220704/qafqazin-seyxi-londona-gedir-443669659.html
Qafqazın Şeyxi Londona gedir
Qafqazın Şeyxi Londona gedir
Sputnik Azərbaycan
Səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etməkdir. 04.07.2022, Sputnik Azərbaycan
2022-07-04T16:28+0400
2022-07-04T16:28+0400
2022-07-04T16:28+0400
london
cəmiyyət
şeyxülislam hacı allahşükür paşazadə
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428027529_0:0:2000:1125_1920x0_80_0_0_1077196e247196fcb335634da62b13c5.jpg
BAKI, 4 iyul — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 4-də Böyük Britaniyaya səfərə yola düşür.QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etməkdir.Səfər Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordu Əhməd cənablarının dəvət məktubu əsasında həyata keçirilir. Konfransın məramı dünyada Din və etiqad azadlığını müdafiə etmək üçün beynəlxalq səylərə təkan verəcək və hökumətlərin müxtəlif dini və qeyri-dini icmalar və vətəndaş cəmiyyəti ilə birlikdə işləməsi yollarını nəzərdən keçirməkdir.QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə nüfuzlu beynəlxalq konfransın plenar iclasında məruzə ilə çıxış edəcək, müzakirələrdə iştirak edəcəkdir. QMİ sədri Din və Etiqad azadlığı konfransının iştirakçısı olaraq Dauninq stritdə rəsmən qəbul ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428027529_227:0:2000:1330_1920x0_80_0_0_6e8d04e65b9b1961c92b66e80166f912.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
london, şeyxülislam hacı allahşükür paşazadə
london, şeyxülislam hacı allahşükür paşazadə
Qafqazın Şeyxi Londona gedir
Səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etməkdir.
BAKI, 4 iyul — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 4-də Böyük Britaniyaya səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etməkdir.
Səfər Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordu Əhməd cənablarının dəvət məktubu əsasında həyata keçirilir. Konfransın məramı dünyada Din və etiqad azadlığını müdafiə etmək üçün beynəlxalq səylərə təkan verəcək və hökumətlərin müxtəlif dini və qeyri-dini icmalar və vətəndaş cəmiyyəti ilə birlikdə işləməsi yollarını nəzərdən keçirməkdir.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə nüfuzlu beynəlxalq konfransın plenar iclasında məruzə ilə çıxış edəcək, müzakirələrdə iştirak edəcəkdir. QMİ sədri Din və Etiqad azadlığı konfransının iştirakçısı olaraq Dauninq stritdə rəsmən qəbul ediləcək.