CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peşə təhsili aldığınız müddətdə həm də təqaüd əldə edəcəksiniz

© Sputnik / Zulfiyya GuluyevaSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
DAİR Hotellər və Restoranlar Assosiasiyanın təşəbbüsü ilə peşə təhsilinə start verilir.
BAKI, 4 iyul — Sputnik. DAİR Hotellər və Restoranlar Assosiasiyanın təhsil-tədris, maarifləndirmə və elm ocağı olan ATHEC Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkilində aktiv iştirak edir.
Növbəti seçilmiş ixtisaslar üzrə qrupların formalaşmasına artıq start veririk. Assosiasiyanın mütəxəssisləri sənayenin ehtiyac, tələb və çağırışlarını daimi öyrənərək peşə ixtisasları sırasından ən populyar və daha çox tələb edilən ixtisasları seçir və bunlar üzrə tədris proqramlarının tətbiqini həyata keçirir. Növbəti seçilmiş peşə hazırlığı istiqamətləri – “Barista”, “Hotel Xadiməsi” və “Ofisiant” peşə ixtisaslarıdır.
Bunu açıqlamasında assosiasiyanın rəhbəri Samir Dübəndi deyib. O bildirib ki, təlim proqramlarında "DUAL" tədris metodikası rəhbər tutulub, burada nəzəri və praktiki biliklər verilir: "Peşə hazırlığı proqramını müvəffəqiyyətlə bitirən şəxslər işlə təmin edilirlər".
Qeyd edək ki, təlim müddətində müdavimlər təqaüd alır, eyni zamanda peşə hazırlığı keçmək üçün zəruri tədris və təcrübə ləvazimatları ilə təmin edilirlər. Adı gedən ixtisas üzrə peşə hazırlığı kursuna cəlb olunmaq istəyənlərin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Mərkəzlərinə, yaşadıqları digər inzibati vahidlər üzrə isə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına müraciət etməklə işsiz kimi qeydiyyata düşmələri tövsiyə olunur.
Əlavə məlumat üçün bu əlaqə vasitələri ilə informasiya almaq mümkündür:
0124347877 / 0506610075 telefon nömrələri, "Whatsapp" vasitəsilə, edu@dair.az elektron ünvanı ilə.
Xəbər lenti
0