Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mədəniyyət naziri UNESCO-nun fəaliyyətsizliyindən danışdı

© AFP 2024 / JEAN-PIERRE MULLERUNESCO
UNESCO - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
Mədəniyyət naziri bildirib ki, əldə edilmiş razılığa əsasən, Ermənistana missiyanın həyata keçirilməsinə UNESCO tərəfindən hər hansı reaksiya verilməyib.
BAKI, 4 iyul — Sputnik. "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan xalqına məxsus olan maddi və mədəni irsin dağıdılıb məhv edilməsinə görə məsuliyyət daşıyır".
Bunu "Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: "İrəvandan Zəngəzuradək" kitabının təqdimatında mədəniyyət naziri Anar Kərimov bildirib.
Anar Kərimov deyib ki, bu il fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun təkcə Azərbaycana yox, həm də Ermənistana missiyaların göndərilməsinə dair razılıq əldə edilib: "Əldə edilmiş razılığa əsasən, Ermənistana missiyanın həyata keçirilməsinə UNESCO tərəfindən hər hansı reaksiya verilməyib. Azərbaycan tərəfi dəfələrlə bu məsələni UNESCO müstəvisində qaldırıb. Bununla yanaşı, Azərbaycan vətəndaş cəmiyyətləri, çoxsaylı QHT-ləri hazırkı Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması ilə bağlı çoxsaylı materiallar UNESCO komitəsinə təqdim edilib. Ümid edirik ki, UNESCO bu çoxsaylı faktlara səssiz qalmayıb belə texniki missiyanın həyata keçirilməsinə başlayacaq. Burada Azərbaycan tərəfinin, cəmiyyətimizin, QHT-lərin üzərinə böyük məsuliyyət düşür".
Mədəniyyət naziri UNESCO-nun fəaliyyətsizliyinə də xüsusi toxunub: "Uzun illər boyu Azərbaycan torpaqlarının işğal altında olması nəticəsində orada olan tarixi mədəniyyət abidələrimizin qəsdən dağıdılması və bu haqda əldə etdiyimiz çoxsaylı fotofaktların UNESCO katibliyində müxtəlif forumlara təqdim etməyimizə baxmayaraq, təşkilat faktiki olaraq bu əyani sübutlara göz bağlayıb. İşğalçı tərəfə təzyiq və ya bəyanat səsləndirməyib. Təəssüflər olsun ki, bu, təşkilatın siyasiləşməsinə dəlalət edir".
Xəbər lenti
0