Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünyada COVID-19-a yoluxanların sayı 549 milyonu ötüb

© AP Photo / Ahn Young-joonCOVID
COVID - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
Bazar ertəsi səhər planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 816,1 təşkil edib.
BAKI, 4 iyul — Sputnik. Dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı bazar ertəsi səhər 549 milyon 183 min 742 nəfərə çatıb. Bunu ABŞ-ın Con Hopkins Universitetinin məlumatları sübut edir.
Virusun dünyada yayıldığı gündən indiyədək 6 milyon 339 min 114 nəfər COVID-19-dan dünyasını dəyişib.
20 milyondan çox yoluxma halı olan ölkələr sırasına ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya da daxildir.
Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı müvafiq olaraq:
ABŞ - 87 milyon 843 min 561 və 1 milyon 17 min 848.
Hindistan - 43 milyon 518 min 564 və 525 min 223.
Braziliya - 32 milyon 490 min 422 və 671 min 911.
Fransa, Almaniya və Böyük Britaniya barədə məlumatlar şənbə və bazar günləri yenilənməyib.
Dünyada baş verən mühüm hadisələrin statistikası üzrə ixtisaslaşmış "Worldometer" portalının məlumatına görə, bazar ertəsi səhər planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 816,1 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3 min 115, Hindistanda 373, Braziliyada 3 min 117, Fransada 2 min 282, Almaniyada 1 min 676, Böyük Britaniyada isə 2 min 630 nəfər vəfat edib.
Xəbər lenti
0