https://sputnik.az/20220704/deputatlara-verilen-bezi-pul-teminatlari-legv-edilib---kv-443623638.html
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib - KİV
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib - KİV
Sputnik Azərbaycan
Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün verilən onun iki aylıq vəzifə maaşı məbləğində müavinət ləğv olunub. 04.07.2022, Sputnik Azərbaycan
2022-07-04T12:04+0400
2022-07-04T12:04+0400
2022-07-04T12:04+0400
cəmiyyət
azərbaycan
milli məclis
deputat
təminat
ləğv
maaş
https://cdnn1.img.sputnik.az/img/40373/62/403736279_0:94:1800:1107_1920x0_80_0_0_9d515802b568d4ae5c3595bcfa088764.jpg
BAKI, 4 iyul - Sputnik. Milli Məclisin deputatlarına verilən bəzi pul təminatları ləğv edilib."Report"un əldə etdiyi məlumata görə, bu il iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub.Habelə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatlarına verilən deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ləğv edilib.Bundan əlavə, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün verilən onun iki aylıq vəzifə maaşı məbləğində müavinət də ləğv olunub.Qeyd edək ki, deputatların maaşlarının artırılması ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin iyunun 29-da keçirilən plenar iclasında III oxunuşda qəbul edilib.Qanuna edilmiş dəyişikliklə Milli Məclisin sədri 3 550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40373/62/403736279_100:0:1700:1200_1920x0_80_0_0_24b630132639f675c43e32d3348517df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, milli məclis, deputat, təminat, ləğv, maaş
azərbaycan, milli məclis, deputat, təminat, ləğv, maaş
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib - KİV
Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün verilən onun iki aylıq vəzifə maaşı məbləğində müavinət ləğv olunub.
BAKI, 4 iyul - Sputnik. Milli Məclisin deputatlarına verilən bəzi pul təminatları ləğv edilib.
"Report"un əldə etdiyi məlumata görə, bu il iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub.
Habelə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatlarına verilən deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ləğv edilib.
Bundan əlavə, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün verilən onun iki aylıq vəzifə maaşı məbləğində müavinət də ləğv olunub.
Qeyd edək ki, deputatların maaşlarının artırılması ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin iyunun 29-da keçirilən plenar iclasında III oxunuşda qəbul edilib.
Qanuna edilmiş dəyişikliklə Milli Məclisin sədri 3 550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.
Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.
Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.