Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı sakinini oğurlayıb, pul tələb etdilər

© AFP 2024 / GENT SHKULLAKUOğru
Oğru - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törədən şəxslər saxlanılıblar.
BAKI, 4 iyul — Sputnik. Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş. qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.
Xəbər lenti
0