Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanla Qazaxıstan karbohidrogen mənşəli yanacaqların tranzitini müzakirə edib

© AFP 2024 / JOE KLAMARНа одном из крупнейших межсетевых газовых узлов в Европе в Баумгартен-ан-дер-Марч, Австрия
На одном из крупнейших межсетевых газовых узлов в Европе в Баумгартен-ан-дер-Марч, Австрия - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
Tərəflər karbohidrogen mənşəli yanacaqların tranziti, enerji səmərəliliyi, enerji istehsalı və istehlakında bərpa olunan mənbələrin payının artırılması sahəsində əməkdaşlığın genişləndirilməsini razılaşdırıblar.
BAKI, 4 iyul - Sputnik. Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak məqsədilə Qazaxıstana səfər çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika naziri Bolat Akçulakov arasında görüş olub.
Energetika Nazirliyinin yaydığı məlumata görə, İqtisadiyyat və Energetika nazirliklərinin, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə enerji sahəsində ikitərəfli səmərəli əməkdaşlıq münasibətləri müzakirə olunub.
Karbohidrogen mənşəli yanacaqların tranziti, enerji səmərəliliyi, enerji istehsalı və istehlakında bərpa olunan mənbələrin payının artırılması sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin enerji sahəsində mövcud işçi qrupların növbəti iclasının mümkün qısa vaxt ərzində keçirilməsi razılaşdırılıb.
Bununla yanaşı, qeyd olunan sahələrdə birgə təlimlərin, seminarların keçirilməsi ilə təcrübə mübadiləsinin aparılması və qarşılıqlı maraq kəsb edən digər tədbirlərin həyata keçirilməsi qərara alınıb. Hökumətlərarası Komissiyanın Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin möhkəmləndirilməsinə töhfələri qeyd edilib.
Xəbər lenti
0