CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha bir prokuror işdən çıxarıldı

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidMəmur, arxiv şəkli
Məmur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
Baş prokuror Kamran Əliyev Şabran rayon prokuroru ilə bağlı əmr imzalayıb.
BAKI, 4 iyul — Sputnik. Şabran rayon prokuroru Bayramov Mübariz Mehman oğlu vəzifəsindən azad olunub.
O, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə işdən çıxarılıb.
Baş prokuror Kamran Əliyev prokurorluqda qulluqda olmanın son yaş həddinə çatan M.Bayramovu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar prokurorluğun fəxri fərmanı ilə təltif edib.
Qeyd edək ki, bundan əvvəl Ağcabədi rayon prokurorunun müavini Taleh Osmanov tutduğu vəzifəsindən azad edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. K.Əliyevin digər əmri ilə o, Xocavənd rayon prokuroru təyin olunub.
Xəbər lenti
0