https://sputnik.az/20220704/almaniyada-siyasetcilerin-hesablarina-haker-hucumlari-barede-xeberdarliq-edilib-443681650.html
Almaniyada siyasətçilərin hesablarına haker hücumları barədə xəbərdarlıq edilib
Almaniyada siyasətçilərin hesablarına haker hücumları barədə xəbərdarlıq edilib
Sputnik Azərbaycan
Hakerlər siyasətçinin mobil telefon nömrəsini ələ keçirə, bu və ya digər yüksək vəzifəli hökumət üzvünün artıq bu messencerdə təmsil olunduğunu göstərməklə... 04.07.2022, Sputnik Azərbaycan
2022-07-04T23:11+0400
2022-07-04T23:11+0400
2022-07-04T23:11+0400
almaniya
dünya xəbərləri
haker hücumları
https://cdnn1.img.sputnik.az/img/41165/57/411655719_0:163:3065:1887_1920x0_80_0_0_09549df756821ba9be27523ea800f3cf.jpg
BAKI, 4 iyul — Sputnik. Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal İdarəsi (Əks-kəşfiyyat) və İnformasiya Texnologiyalarının Təhlükəsizliyi üzrə Federal İdarəsi (BSI) ölkənin aparıcı siyasətçilərinin hesablarına məqsədyönlü haker hücumları barədə xəbərdarlıq edib. Bu barədə "Bild" qəzeti onun sərəncamında olan daxili sənədə istinadən məlumat yayıb."Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə və İnformasiya Texnologiyalarının Təhlükəsizliyi üzrə Federal İdarə xüsusilə yüksək vəzifəli siyasi xadimlərə qarşı yönəlmiş davam edən sosial texniki kampaniyadan xəbərdardır. Əvvəlki bilik səviyyəsinə görə, hücumçular aşağıdakı məqsədləri güdürlər: mövcud messencer hesabını ələ keçirmək; messencerdə yüksək vəzifəli siyasi xadimin adından həmin şəxsin real mobil telefon nömrəsinə istinad edərək hesab yaratmaq", - deyə sənəddə vurğulanır.Qəzetin yazdığına görə, hücum edənlərin xüsusi hərəkət alqoritmi var. Onun təhlükəsi ondan ibarətdir ki, hakerlər siyasətçinin mobil telefon nömrəsini ələ keçirə, bu və ya digər yüksək vəzifəli hökumət üzvünün artıq bu messencerdə təmsil olunduğunu göstərməklə digər qurbanları özlərinə cəlb edə bilərlər. Dələduzların qurbanına çevrilməmək üçün Almaniya səlahiyyətliləri heç vaxt şəxsi avtorizasiya kodları və ya PİN kodu verməməyi tövsiyə edir.Almaniyanın tanınmış siyasətçilərindən hansının artıq bu cür hücumların qurbanına çevrildiyi açıqlanmır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41165/57/411655719_167:0:2898:2048_1920x0_80_0_0_23b4a23d658b57976b8346e250d43ba0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
almaniya, haker hücumları
almaniya, haker hücumları
Almaniyada siyasətçilərin hesablarına haker hücumları barədə xəbərdarlıq edilib
Hakerlər siyasətçinin mobil telefon nömrəsini ələ keçirə, bu və ya digər yüksək vəzifəli hökumət üzvünün artıq bu messencerdə təmsil olunduğunu göstərməklə digər qurbanları özlərinə cəlb edə bilərlər.
BAKI, 4 iyul — Sputnik. Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal İdarəsi (Əks-kəşfiyyat) və İnformasiya Texnologiyalarının Təhlükəsizliyi üzrə Federal İdarəsi (BSI) ölkənin aparıcı siyasətçilərinin hesablarına məqsədyönlü haker hücumları barədə xəbərdarlıq edib. Bu barədə "Bild" qəzeti onun sərəncamında olan daxili sənədə istinadən məlumat yayıb.
"Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə və İnformasiya Texnologiyalarının Təhlükəsizliyi üzrə Federal İdarə xüsusilə yüksək vəzifəli siyasi xadimlərə qarşı yönəlmiş davam edən sosial texniki kampaniyadan xəbərdardır. Əvvəlki bilik səviyyəsinə görə, hücumçular aşağıdakı məqsədləri güdürlər: mövcud messencer hesabını ələ keçirmək; messencerdə yüksək vəzifəli siyasi xadimin adından həmin şəxsin real mobil telefon nömrəsinə istinad edərək hesab yaratmaq", - deyə sənəddə vurğulanır.
Qəzetin yazdığına görə, hücum edənlərin xüsusi hərəkət alqoritmi var. Onun təhlükəsi ondan ibarətdir ki, hakerlər siyasətçinin mobil telefon nömrəsini ələ keçirə, bu və ya digər yüksək vəzifəli hökumət üzvünün artıq bu messencerdə təmsil olunduğunu göstərməklə digər qurbanları özlərinə cəlb edə bilərlər.
Dələduzların qurbanına çevrilməmək üçün Almaniya səlahiyyətliləri heç vaxt şəxsi avtorizasiya kodları və ya PİN kodu verməməyi tövsiyə edir.
Almaniyanın tanınmış siyasətçilərindən hansının artıq bu cür hücumların qurbanına çevrildiyi açıqlanmır.