Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xüsusi hərbi əməliyyat: Rusiya ordusu Lisiçanskı və ətraf qəsəbələri ələ keçirib

© REUTERS / ALEXANDER ERMOCHENKORusiya hərbçiləri, arxiv şəkli
Rusiya hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, uğurlu hərbi əməliyyatlar nəticəsində Lisiçansk və bir sıra yaxın qəsəbələr üzərində tam nəzarət əldə edilib.
BAKI, 3 iyul - Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri ötən gün ərzində Ukraynaya məxsus iki “Su-25” hücum təyyarəsini və 10 pilotsuz uçuş aparatını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki “Su-25”-i Xarkov vilayətinin Dibrovnoye və Nikolayev vilayətinin Kvitnevo yaşayış məntəqələri ərazilərində vurub.
Donetsk, Zaporojye və Xarkov vilayətlərində də Ukraynaya məxsus 10 PUA vurulub.
“Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən Luqanskda dörd “Himars” reaktiv yaylım atəşi sistemi, Donetsk və Xarkov bölgəsində dörd “Uraqan” raketi də daxil olmaqla, reaktiv yaylım atəşi sistemi qurğusunun səkkiz mərmisi vurulub", - Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.
Rusiya ordusu Lisiçansk şəhərini və yaxınlıqdakı yaşayış məntəqələrini ələ keçirib
Müdafiə Nazirliyinin yaydığı məlumatda Rusiya ordusunun Lisiçanskı tam nəzarətə aldığı bildirilir.
"Uğurlu hərbi əməliyyatlar nəticəsində Lisiçansk və bir sıra yaxın qəsəbələr üzərində tam nəzarət əldə edilib", - MN-in məlumatında deyilir.
Bir qədər əvvəl isə MN bəyan etmişdi ki, Rusiya ordusu Lisiçanskda qalan Ukrayna qüvvələrinin məğlubiyyətini başa çatdırır:
"Rusiya qoşunları və "LXR" - in bölmələri mühasirəyə alınmış düşmənin məğlubiyyətini başa çatdıraraq Lisiçansk şəhəri daxilində döyüşürlər. Dünən Lisiçanskın yaxınlığında Novodrujevsk, Maloryazantsevo və Belaya Qora yaşayış məntəqələri azad edilib".
Rusiya Müdafiə Nazirliyinin məlumatında o da bildirilib ki, Lisiçansk vilayətində iki gün ərzində 38 ukraynalı hərbçi təslim olub.
Ukrayna Belqorodda mülki əhaliyə zərbə endirib?
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə sərhəd şəhərlərə zərbə endirdiyi bildirilib.
"Bazar günü gecə Ukrayna Rusiyanın Kursk və Belqorod şəhərlərini “Toçka-U” raketləri və PUA-larla atəşə tutub, zərbə mülki əhaliyə endirilib", - MN-in məlumatında deyilir.
Qeyd olunub ki, bu gecə Moskva vaxtı ilə saat 03:00-dan 03:30-a qədər Kiyev rejimi kasetli mərmili “Toçka-U” ballistik raketləri və “Tu-143” PUA-ları ilə Belqorod və Kursk şəhərlərində hərbçilərin olmadığı yaşayış məntəqələrinə qəsdən zərbə endirib: "Raket hücumu məqsədyönlü şəkildə planlaşdırılıb və Rusiya şəhərlərinin mülki əhalisinə qarşı həyata keçirilib”.
Ukrayna hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 03.07.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Belqorodda silsilə partlayışlar baş verib, ölən və yaralananlar var
Xəbər lenti
0