Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Belqorodda silsilə partlayışlar baş verib, ölən və yaralananlar var

© AP Photo / Evgeniy MaloletkaUkrayna hərbi texnikası
Ukrayna hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov baş verən partlayışlar nəticəsində dağıntıların və zərərçəkənlərin olduğunu bildirib.
BAKI, 3 iyul - Sputnik. Rusiyanın Ukrayna ilə sərhədyanı şəhəri olan Belqorodda silsilə partlayışlarda 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Qladkov qeyd edib ki, ölənlərdən biri Rusiya, üçü isə Ukrayna vətəndaşıdır.
Qubernatorun sözlərinə görə, yaralılardan biri azyaşlı uşaqdır və hazırda onun həyatına təhlükə yoxdur.
Vilayət qubernatoru ərazidə dağıntıların olduğunu bildirsə də, tam olaraq nəyin baş verdiyini izah etməyib.
Qladkov daha əvvəl bildirib ki, Belqorodda gün ərzində bir neçə partlayış baş verib.
“Yarım saat əvvəl Belqorodda silsilə güclü səslər eşidilib. Mayakovski küçəsi, 23 ünvanında fərdi yaşayış binası yanır. Bütün operativ xidmətlər hadisə yerində işləyir. Üç zərərçəkən var. Onlar artıq xəstəxanaya aparılıblar. Ehtimal ki, hava hücumundan müdafiə sistemi işə salınıb”, - qubernator qeyd edib.
Rusiyada infrastrukturun zərər çəkdiyi insidentlər müntəzəm olaraq baş verir. Məsələn, iyunun 20-də Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Suzemka kəndinin Ukraynadan atəşə tutulduğunu, bundan əvvəl Rusiyadan atəş açıldığını bildirib. Ukrayna Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
İyunun 14-də Bryansk vilayətinin Klintsı şəhər dairəsinin Zaymişe kəndində gurultulu partlayışlar, mayın 1-də isə Rusiya Müdafiə Nazirliyinin Belqorod vilayətindəki obyektlərindən birinin ərazisində yanğın baş verib.
Bu cür hadisələrin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatı zəiflətmək niyyəti daşıdığı güman edilir. Məsələn, Böyük Britaniyanın Müdafiə Nazirliyi güman edib ki, Belqorod yaxınlığındakı sursat anbarında martın sonunda baş vermiş partlayışlar və bu şəhərdəki neft anbarının məhv edilməsi Rusiyanın Xarkova hücumlarını çətinləşdirmiş ola bilər.
Lakin Ukrayna hadisələrdə iştirakını birbaşa təsdiqləməyib. Məsələn, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukraynanın aprelin əvvəlində Belqoroddakı neft bazasında baş verən partlayışlarda iştirak etmədiyini bildirib. Onun sözlərinə görə, bu, yerli sakinlərin işidir, çünki fikir ayrılıqları yığılır və Rusiyada cəmiyyət “nəyisə anlamağa” başlayır (Report).
Bununla belə, aprelin sonunda Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Ukrayna özünü istənilən yolla, xüsusən də Rusiyadakı anbar və bazalara hücum etməklə müdafiə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0