DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kiyev Türkiyə gömrükçülərinin Ukrayna taxılı daşıyan Rusiya gəmisini saxladığını bildirib

© Depositphotos.com / GenasonGəmi
Gəmi - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
Reuters xəbər verib ki, Kiyev Ankaradan Türkiyəyə gedən və Berdyanskdan Ukrayna taxılını aparan Rusiya bayraqlı gəmini saxlamağı xahiş edib.
BAKI, 3 iyul - Sputnik. Türkiyənin gömrük əməkdaşları Kiyevin müraciəti əsasında Ukrayna taxılı daşıyan Rusiya gəmisini saxlayıblar.
Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
“Biz Türkiyə ilə əməkdaşlıq edirik. Hazırda gəmi portun girəcəyində, Türkiyənin gömrük əməkdaşları tərəfindən saxlanılıb”, - deyə, diplomat bildirib.
Onun sözlərinə görə, gəminin taleyi bazar ertəsi istintaqın iclasında həll olunacaq.
Daha əvvəl Reuters xəbər vermişdi ki, Kiyev Ankaradan Türkiyəyə gedən və Berdyanskdan Ukrayna taxılını aparan Rusiya bayraqlı gəmini saxlamağı xahiş edib.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu Ukraynanın Ankaranın Rusiyadan “oğurlanmış” taxıl alması ilə bağlı ittihamlarını rədd edib.

"Biz Ukrayna mallarının beynəlxalq bazarda qeyri-qanuni satışına qarşıyıq və onların Türkiyədə satışına icazə vermirik", - "TASS" nazirin sözlərini sitat gətirib.

Daha əvvəl isə Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar “Reuters”ə müsahibəsində “Türkiyə Rusiyanın Ukraynadan çıxartdığı taxılı alan ölkələr sırasındadır”, - deyə bildirmişdi.
BMT dəfələrlə taxıl qıtlığı səbəbindən qlobal ərzaq böhranı təhlükəsi elan edib. Qərb Rusiyanı Ukrayna taxılının dünya bazarlarına tədarükünü əngəlləməkdə günahlandırır. Eyni zamanda bu resursun oğurlanmasında ittiham edilir.
Kiyev hakimiyyəti isə bir çox logistik maneələr yaradıb: onlar gəmilərlə malların ixracına imkan verməmək üçün Qara dənizi minalayıblar, həmçinin Mariupol limanında taxılları yandırıblar.
Rusiya prezidneti Vladimir Putin isə deyib ki, Rusiya Ukraynadan buğda ixracına heç bir şəkildə müdaxilə etmir, əgər Kiyev limanları minalardan təmizləsə, gəmilər maneəsiz keçə biləcək.
Xəbər lenti
0