DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko: Minsk Rusiyanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidBelarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
Belarus prezidenti deyib ki, dünyada onları "Rusiyanı nasizmə qarşı mübarizəsində dəstəkləyən yeganə ölkə olduğuna görə qınayırlar".
BAKI, 3 iyul - Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiya Federasiyasını dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib. Bu barədə Rusiya mediyası xəbər verib.
“Bu gün bizi dünyada Rusiyanı nasizmə qarşı mübarizəsində dəstəkləyən yeganə ölkə olduğumuza görə qınayırlar... Biz Rusiyanı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”, - deyə Lukaşenko Belarusun Müstəqillik Gününün qeyd olunması ilə əlaqədar “Şöhrət təpəsi” memorial kompleksində əklilqoyma mərasimində qeyd edib.
Belarus prezidenti Minskə qarşı iddiaların gülünc və kədərli olduğunu bildirib. O qeyd edib ki, Rusiya hər bir rusun təhqir etməsinə qarşı maneə qurub.
“Rusiya bizim üçün qardaş dövlətdir, dünyada qardaşlarımızın yaşadığı ən yaxın dövlətdir. Bu gün hər zamankindən daha çox birlikdə olmaq lazımdır”, - deyə Belarus prezidenti vurğulayıb.
"Biz belarusların yeganə faciəsi odur ki, bu gün iki qardaş xalq - rusiyalılar və ukraynalılar bir-biriləri ilə mübarizə aparırlar. Bu, bizim faciəmizdir. Amma biz həmişə deyirik ki, həqiqət daha güclüdür və bu gün həqiqət qardaş Rusiyanın tərəfindədir. Bu mübarizədə Rusiyanı dəstəkləyən yeganə ölkəyik, amma qarşı tərəfdə görün nə qədər ölkə var? Ukraynada faktiki olaraq Rusiyaya qarşı əlliyə yaxın ölkə vuruşur. Nəsə balans (regiondakı qüvvələrin - red.) uyğun gəlmir", - deyə Lukaşenko qeyd edib.
O, bu gün Minski Rusiyanı dəstəklədiyinə görə qınayanlara xatırladıb ki, iki ölkə ən sıx müttəfiqliyə malikdir, onlar iki müstəqil xalqdan ibarət vahid qüdrətli İttifaq dövləti qururlar. Həmçinin onların vahid silahlı qüvvələr qrupu, faktiki olaraq vahid ordusu yaradılıb.
"Biz qardaş Rusiya ilə birlikdə olmuşuq və olacağıq. Xüsusi hərbi əməliyyatda (Ukraynada - red.) iştirakımı çoxdan müəyyən etmişəm: biz heç kimə rusiyalının kürəyindən atəş açmasına imkan verməyəcəyik. NATO qoşunları tərəfindən ruslara arxadan zərbə endirilməsinin qarşısını almaq üçün cənub sərhədi boyunca Brest qalasından müdafiəyə durmuşuq. Onlar buna görə bizi bağışlaya bilmirlər... NATO blokunun Şərqi Avropada silahlı qüvvələrin sayını 10 dəfə artırmaq üçün qəbul etdiyi qərarlardan xəbəriniz var? Niyə axı sülh dövründə? Döyüşmək üçün. Dayanmaq lazımdır. Biz dayanmaq və qalib gəlmək üçün hər şeyi edəcəyik”, - deyə Lukaşenka vurğulayıb.
 Serqey Şoyqu - Sputnik Azərbaycan, 1920, 03.07.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Şoyqu Putinə Luqanska tam nəzarəti ələ keçirdikləri barədə məruzə edib
Xəbər lenti
0