https://sputnik.az/20220703/lavrov-qerbin-sanksiyalarinin-meqsedini-aciqlayib-443643095.html
Lavrov Qərbin sanksiyalarının məqsədini açıqlayıb
Lavrov Qərbin sanksiyalarının məqsədini açıqlayıb
Sputnik Azərbaycan
Rusiya XİN başçısının fikrincə, Qərbin sanksiyaları onlarla razılaşmayan istənilən qüvvəni cəzalandırmaq və onları öz iradəsinə tabe etdirmək məqsədi daşıyır. 03.07.2022, Sputnik Azərbaycan
2022-07-03T17:00+0400
2022-07-03T17:00+0400
2022-07-03T19:33+0400
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443297837_0:0:3072:1728_1920x0_80_0_0_ecad57d4ec1fb34d3c3c63f6dbd0ef5c.jpg
BAKI, 3 iyul - Sputnik. Qərbin sanksiyaları onlarla razılaşmayan istənilən qüvvəni cəzalandırmaq və onları öz iradəsinə tabe etdirmək məqsədi daşıyır.Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” telekanalında yayımlanan “Moskva.Kreml.Putin” proqramında Pavel Zarubinə müsahibəsində deyib."Liberalizm? İndi deyirlər - neoliberal doktrina və siyasət. İndi Qərbdə tüğyan edən problemlərə baxmaq kifayətdir. Üstəlik, bunlar təkcə iqtisadiyyat və ticarət sferasında hadisələrin təbii gedişatı ilə bağlı deyil, Qərbin özü tərəfindən süni şəkildə özləri üçün yaradılmış eniş-yoxuşlardır. Prezident Vladimir Putin Qərb dövlətlərinin düşünülməmiş, tələsik və açıq-aydın eqoist siyasəti nəticəsində yaranan hazırkı ərzaq və enerji böhranlarının qnoseologiyasını izah edərkən bu barədə ətraflı danışıb”, - Lavrov deyib.“Bu, dünən deyil, ondan xeyli əvvəl meydana çıxan və razılaşmayan hər kəsi cəzalandırmaq, onları öz iradə və maraqlarına tabe etdirmək, başqalarının ehtiyaclarına məhəl qoymamaq məqsədi daşıyan sanksiyalara da aiddir”, - o, əlavə edib.Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Putin qeyd edib ki, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, xüsusi hərbi əməliyyatın son məqsədi Donbasın azad edilməsi və Rusiyanın özünün təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasıdır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri buna cavab olaraq Moskvaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib. Onlar Kiyevə müdafiə sahəsində böyük yardımlarını davam etdirirlər.Rusiya Federasiyası daha əvvəl Ukraynaya silah tədarükü ilə əlaqədar bütün ölkələrə, o cümlədən ABŞ-a nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
https://sputnik.az/20220703/xususi-herbi-emeliyyat-rusiya-ordusu-lisicanski-ve-etraf-qesebeleri-ele-kecirib-443639993.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443297837_171:0:2902:2048_1920x0_80_0_0_3b5fbbbf572e25fbffa774365a6d7c15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna
Lavrov Qərbin sanksiyalarının məqsədini açıqlayıb
17:00 03.07.2022 (Yenilənib: 19:33 03.07.2022) Rusiya XİN başçısının fikrincə, Qərbin sanksiyaları onlarla razılaşmayan istənilən qüvvəni cəzalandırmaq və onları öz iradəsinə tabe etdirmək məqsədi daşıyır.
BAKI, 3 iyul - Sputnik. Qərbin sanksiyaları onlarla razılaşmayan istənilən qüvvəni cəzalandırmaq və onları öz iradəsinə tabe etdirmək məqsədi daşıyır.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” telekanalında yayımlanan “Moskva.Kreml.Putin” proqramında Pavel Zarubinə müsahibəsində deyib.
"Liberalizm? İndi deyirlər - neoliberal doktrina və siyasət. İndi Qərbdə tüğyan edən problemlərə baxmaq kifayətdir. Üstəlik, bunlar təkcə iqtisadiyyat və ticarət sferasında hadisələrin təbii gedişatı ilə bağlı deyil, Qərbin özü tərəfindən süni şəkildə özləri üçün yaradılmış eniş-yoxuşlardır. Prezident Vladimir Putin Qərb dövlətlərinin düşünülməmiş, tələsik və açıq-aydın eqoist siyasəti nəticəsində yaranan hazırkı ərzaq və enerji böhranlarının qnoseologiyasını izah edərkən bu barədə ətraflı danışıb”, - Lavrov deyib.
“Bu, dünən deyil, ondan xeyli əvvəl meydana çıxan və razılaşmayan hər kəsi cəzalandırmaq, onları öz iradə və maraqlarına tabe etdirmək, başqalarının ehtiyaclarına məhəl qoymamaq məqsədi daşıyan sanksiyalara da aiddir”, - o, əlavə edib.
Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Putin qeyd edib ki, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, xüsusi hərbi əməliyyatın son məqsədi Donbasın azad edilməsi və Rusiyanın özünün təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasıdır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri buna cavab olaraq Moskvaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib. Onlar Kiyevə müdafiə sahəsində böyük yardımlarını davam etdirirlər.
Rusiya Federasiyası daha əvvəl Ukraynaya silah tədarükü ilə əlaqədar bütün ölkələrə, o cümlədən ABŞ-a nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.