Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Finlandiyanın Rusiya ilə sərhəddinə NATO bazasını yerləşdirmək təklif edilib

© AFP 2023 / JONATHAN NACKSTRANDNATO hərbçiləri
NATO hərbçiləri - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
Lappeenranta meri Yarva NATO bazasını Rusiya ilə sərhəddə Cənubi Kareliyada yerləşdirməyi təklif edib.
BAKI, 3 iyul - Sputnik. Finlandiyanın Lappeenranta şəhərinin meri Kimmo Yarva Rusiya ilə həmsərhəd bölgə olan Cənubi Kareliyada NATO bazasını yerləşdirmək istəyib. Onun sözləri Finlandiyanın İctimai teleradio korporasiyasının (Yle) saytında yerləşdirilib.
Onun fikrincə, Finlandiyanın NATO-ya daxil olması regiona ümid verəcək, eyni zamanda yerli sahibkarlar arasında təhlükəsizlik və inam hissi yaradacaq.
Bu yaxınlarda alyansın baş katibi Yens Stoltenberq bildirib ki, İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokol iyulun 5-də imzalanacaq.
NATO qüvvələrinin Finlandiyada yerləşdirilməsi
Yarva bildirib ki, şəhərdə NATO bazasının yaradılması ilə bağlı müzakirələr Finlandiyanın Şimali Atlantika alyansına üzv olması barədə söhbət açılanda başlayıb. Xüsusilə, şəhər rəhbəri hava limanından istifadə etməyi təklif edib.
Eyni zamanda, mer NATO qüvvələrinin yerləşdirilməsinin təfərrüatlarını verməkdə çətinlik çəkib, çünki bu məsələdə "o, mütəxəssis deyil".
"Hava limanı ilə bağlı fikirlər var. Əgər Müdafiə Qüvvələri istəsə, bundan istifadə etmək mümkündür. Müdafiə qüvvələrinin və hərbi hissələrin yeridilməsi haqqında heç nə deyə bilmərəm, mən ekspert deyiləm", - deyə Kimmo Yarva qeyd edib.
Bununla yanaşı, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, hazırda ölkədə NATO qüvvələrinin yerləşdirilməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, Rusiya ilə ümumi sərhəd "indi təhlükəsizdir".
Eyni zamanda, Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Helsinki alyansın "kollektiv təhlükəsizliyin təmin edilməsi" planlarını dəstəkləyir və ölkə hakimiyyəti istənilən fövqəladə vəziyyətə hazır olmaq istəyir.
Bu yaxınlarda NATO-nun baş katibi Yens Stoltenberq 2023-cü ilə qədər NATO-nun cavab qüvvələrinin sayının 40 mindən 300 minə qədər artacağını bildirib. Onun sözlərinə görə, proses Rusiya ilə sərhəddə ağır texnika və silahların yerləşdirilməsini, şərq cinahının konkret hissələrinin mühafizəsi üçün NATO qüvvələrinin yerləşdirilməsini əhatə edəcək. Bununla yanaşı, alyans Rusiyaya NATO-ya daxil olduqları təqdirdə İsveç və Finlandiyada nüvə silahının yerləşdirilməyəcəyinə dair zəmanət verməkdən imtina edib.
Qüvvələrin yerləşdirilməsinə cavab qarşılıqlı olacaq
Finlandiya və İsveçdə NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsinin nəticələrini Rusiya Prezidenti Vladimir Putin qiymətləndirib. Dövlət başçısı bildirib ki, bu halda Rusiya qarşılıqlı cavab verməyə məcbur olacaq. Eyni zamanda o vurğulayıb ki, Moskvanın Ukrayna ilə olduğu kimi adları çəkilən iki ölkə ilə heç bir problemi yoxdur.
Bununla yanaşı, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Finlandiya və İsveçin NATO-ya üzv olması Avropa qitəsinin təhlükəsizliyinə heç bir fayda gətirməyəcək, ancaq əlavə gərginlik yaradacaq.
"Valday" klubunun konfransında çıxış edən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olma perspektivi ölkə üçün real təhlükə yaradacaq. Diplomat vurğulayıb ki, qeyd olunan sərhədlər boyunca yerləşdiriləcək baza "həqiqətən hərbi təhlükəsizliyi təhdid edəcək potensiallar" yaratsa, Rusiya vəziyyətlə məşğul olacaq, Moskva isə "təhlükəsizliyi təmin etmək üçün bütün adekvat tədbirləri görməlidir".
Rusiya-Finlandiya sərhədinin uzunluğu 1271,8 kilometrdir.
Qruşko öz çıxışında onu da qeyd edib ki, İsveç və Finlandiyanın alyansa üzv olmaq qərarı onları "beynəlxalq ictimaiyyətin hörmətli üzvlərindən" "NATO-nun periferiyasına" çevirəcək.
Rusiyanın Ukraynada fevral ayından davam edən xüsusi hərbi əməliyyatı fonunda Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.06.2022
DÜNYA XƏBƏRLƏRİ
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib
Xəbər lenti
0