https://sputnik.az/20220628/turkiye-svec-ve-finlandiyanin-nato-ya-uzv-qebul-edilmesine-raziliq-verdi-443461563.html
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib
Sputnik Azərbaycan
Razılaşmaya əsasən müdafiə sənayesi məhsullarının Türkiyəyə tədarükünə qoyulan embarqo aradan qaldırılacaq və bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək. 28.06.2022, Sputnik Azərbaycan
2022-06-28T23:54+0400
2022-06-28T23:54+0400
2022-06-28T23:56+0400
dünya xəbərləri
nato
yens stoltenberq
baş katibi yens stoltenberq
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/03/19/440449621_0:0:3367:1895_1920x0_80_0_0_d54a074538c1b9bc17611ceeaa5da0fd.jpg
BAKI, 29 iyun - Sputnik. Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib. Bu barədə Türkiyənin Prezident administrasiyası məlumat yayıb.Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək.Eləcə də Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində mümkün qədər geniş iştirakına dəstək veriləcək.Madrid memorandumuMadriddə üç ölkə arasında imzalanan memorandumda deyilir ki, Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.Qeyd olunur ki, bu iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər.İsveç təsdiq edir ki, yeni və daha effektiv “Terror Cinayətləri Qanunu” iyulun 1-dən qüvvəyə minəcək.Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi məlumatlar, sübutlar və kəşfiyyat məlumatları nəzərə alınmaqla, terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərinə tez bir zamanda baxacaq.Bundan əlavə, İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq.NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandumdan məmnunluğunu ifadə edib.O bildirib ki, iyunun 29-da Madriddə keçiriləcək NATO sammitində Finlandiya və İsveçin alyansa dəvət edilib-edilməməsinə qərar veriləcək.Stoltenberq həmçinin deyib ki, Finlandiya və İsveç terrorda ittiham olunanların ekstradisiyası üçün Türkiyə ilə işləməyə hazır olacaqlar, lakin bu ölkələrin qanunları əsasında qərarlar veriləcək.
https://sputnik.az/20220613/nato-finlandiya-ve-svecin-uzvluyune-qarsi-turkiyenin-bele-movqe-tutacagini-gozlemirmis-442878799.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/19/440449621_0:0:2729:2047_1920x0_80_0_0_e342c75fab165745c637e16789a91593.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, yens stoltenberq, baş katibi yens stoltenberq, türkiyə
nato, yens stoltenberq, baş katibi yens stoltenberq, türkiyə
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib
23:54 28.06.2022 (Yenilənib: 23:56 28.06.2022) Razılaşmaya əsasən müdafiə sənayesi məhsullarının Türkiyəyə tədarükünə qoyulan embarqo aradan qaldırılacaq və bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək.
BAKI, 29 iyun - Sputnik. Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib. Bu barədə Türkiyənin Prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.
Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək.
Eləcə də Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində mümkün qədər geniş iştirakına dəstək veriləcək.
Madriddə üç ölkə arasında imzalanan memorandumda deyilir ki, Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.
Qeyd olunur ki, bu iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər.
İsveç təsdiq edir ki, yeni və daha effektiv “Terror Cinayətləri Qanunu” iyulun 1-dən qüvvəyə minəcək.
Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi məlumatlar, sübutlar və kəşfiyyat məlumatları nəzərə alınmaqla, terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərinə tez bir zamanda baxacaq.
Bundan əlavə, İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq.
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandumdan məmnunluğunu ifadə edib.
O bildirib ki, iyunun 29-da Madriddə keçiriləcək NATO sammitində Finlandiya və İsveçin alyansa dəvət edilib-edilməməsinə qərar veriləcək.
Stoltenberq həmçinin deyib ki, Finlandiya və İsveç terrorda ittiham olunanların ekstradisiyası üçün Türkiyə ilə işləməyə hazır olacaqlar, lakin bu ölkələrin qanunları əsasında qərarlar veriləcək.