Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı məşqçi ailə üzvləri ilə birlikdə faciəli şəkildə ölüb

© AFP 2023 / JOEL SAGETAvtomobil qəzası, arxiv şəkli
Avtomobil qəzası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
"Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı ailə üzvləri ilə birlikdə həyatını itirib.
BAKI, 3 iyul - Sputnik. Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.
Qəza nəticəsində mütəxəssisin ailə üzvləri də dünyasını dəyişib.
Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0