https://sputnik.az/20220703/azerbaycanli-almaniyada-dehsetli-cinayet-toredib-hazirda-helekopterle-axtarilir-443652260.html
Azərbaycanlı Almaniyada dəhşətli cinayət törədib, hazırda helekopterlə axtarılır
Azərbaycanlı Almaniyada dəhşətli cinayət törədib, hazırda helekopterlə axtarılır
Sputnik Azərbaycan
Detmold Prokurorluğu hesab edir ki, qətldə şübhəli bilinən azərbaycanlı hələ də Almaniyada gizlənib. Bu səbəbdən şəxsin fotoları olan afişalar bütün ölkəboyu... 03.07.2022, Sputnik Azərbaycan
2022-07-03T23:50+0400
2022-07-03T23:50+0400
2022-07-03T23:50+0400
almaniya
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426827474_0:0:3228:1816_1920x0_80_0_0_96cccb48db7c06053c2d7e162738f9f5.jpg
BAKI, 3 iyul — Sputnik. Almaniyada qətl hadisəsi törədərək qaçan azərbaycanlı axtarışa verilib. Hadisə iyunun 18-nə keçən gecə Kalletal şəhərində qeydə alınıb.Belə ki, 36 yaşlı Azərbaycan vətəndaşı Elçin Ağayevin 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirdiyi, daha sonra isə həmin şəxslə birlikdə yaşayan keçmiş sevgilisinə təcavüz etdiyi bildirilir.Ölkənin Bielefeld şəhər polisi hadisəni törətməkdə şübhəli bilinən və istintaqdan yayınan E.Ağayevin axtarışlarına başlayıb və hazırda onun axtarışları davam etdirilir.Hətta Bielefeld şəhər polisi cinayəti törətməkdə şübhəli bilinən E.Ağayevin tapılmasında kömək edənlər üçün 5 min avro dəyərində pul mükafatı da ayırıb.İyunun 27-də E.Ağayevin axtarışda olduğu rayonda 75 yaşlı qadının meyiti tapılıb. Hazırda polis bu cinayətdə də şübhəlinin əlinin olub-olmamasını araşdırır.E.Ağayevin yük avtomobili vasitəsilə qaçdığına dair polisdə şübhələr yarandığından, qonşu ölkələrin hüquq-mühafizə orqanlarına da məlumat verilib.Avropa Polisinin məlumat bazasında isə E.Ağayev "olduqca təhlükəli və silahlı" kimi qeyd olunub. Bielefeld şəhər polisi E.Ağayevi tanıyanlardan 0521/5454646 nömrəsi ilə əlaqə yaratmalarını xahiş edib.Detmold Prokurorluğundan "Report"a bildirilib ki, artıq E.Ağayevin axtarışlarına helikopterlər də cəlb edilib.Detmold Prokurorluğu indiyə kimi aparılan axtarış əməliyyatlarının heç bir nəticə vermədiyini bildirib:"Qətldə şübhəli bilinən E.Ağayevin hələ də Almaniyada gizləndiyini düşünürük. Bu səbəbdən şəxsin fotoları olan afişalar bütün ölkəboyu yanacaqdoldurma məntəqələrinə, supermarketlərə, dəmiryolu vağzallarına vurulub".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426827474_497:0:3228:2048_1920x0_80_0_0_1e7f3aede2708c09c907d684148690fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
almaniya
Azərbaycanlı Almaniyada dəhşətli cinayət törədib, hazırda helekopterlə axtarılır
Detmold Prokurorluğu hesab edir ki, qətldə şübhəli bilinən azərbaycanlı hələ də Almaniyada gizlənib. Bu səbəbdən şəxsin fotoları olan afişalar bütün ölkəboyu yayılıb.
BAKI, 3 iyul — Sputnik. Almaniyada qətl hadisəsi törədərək qaçan azərbaycanlı axtarışa verilib. Hadisə iyunun 18-nə keçən gecə Kalletal şəhərində qeydə alınıb.
Belə ki, 36 yaşlı Azərbaycan vətəndaşı Elçin Ağayevin 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirdiyi, daha sonra isə həmin şəxslə birlikdə yaşayan keçmiş sevgilisinə təcavüz etdiyi bildirilir.
Ölkənin Bielefeld şəhər polisi hadisəni törətməkdə şübhəli bilinən və istintaqdan yayınan E.Ağayevin axtarışlarına başlayıb və hazırda onun axtarışları davam etdirilir.
Hətta Bielefeld şəhər polisi cinayəti törətməkdə şübhəli bilinən E.Ağayevin tapılmasında kömək edənlər üçün 5 min avro dəyərində pul mükafatı da ayırıb.
İyunun 27-də E.Ağayevin axtarışda olduğu rayonda 75 yaşlı qadının meyiti tapılıb. Hazırda polis bu cinayətdə də şübhəlinin əlinin olub-olmamasını araşdırır.
E.Ağayevin yük avtomobili vasitəsilə qaçdığına dair polisdə şübhələr yarandığından, qonşu ölkələrin hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Avropa Polisinin məlumat bazasında isə E.Ağayev "olduqca təhlükəli və silahlı" kimi qeyd olunub. Bielefeld şəhər polisi E.Ağayevi tanıyanlardan 0521/5454646 nömrəsi ilə əlaqə yaratmalarını xahiş edib.
Detmold Prokurorluğundan "Report"a bildirilib ki, artıq E.Ağayevin axtarışlarına helikopterlər də cəlb edilib.
Detmold Prokurorluğu indiyə kimi aparılan axtarış əməliyyatlarının heç bir nəticə vermədiyini bildirib:
"Qətldə şübhəli bilinən E.Ağayevin hələ də Almaniyada gizləndiyini düşünürük. Bu səbəbdən şəxsin fotoları olan afişalar bütün ölkəboyu yanacaqdoldurma məntəqələrinə, supermarketlərə, dəmiryolu vağzallarına vurulub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.