SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN başçısı sabah İrana gedəcək

© Sputnik / Murad Orujov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 03.07.2022
Abunə olmaq
Ceyhun Bayramov İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq.
BAKI, 3 iyul - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfərə gedəcək.
C.Bayramovun Tehran səfəri iyul ayının 4-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti əsasında baş tutacaq.
Azərbaycan XİN başçısı İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq.
Azərbaycanlı nazirin İran prezidenti İbrahim Rəisi, həmkarı Hüseyn Əmir Abdullahian, parlament sədri Məhəmməd Bagir Qalibaf və hökumət üzvləri ilə görüşü gözlənilir.
Xatırladaq ki, iyulun 1-də sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlayacağına dair məlumatlar paylaşılıb.
İranın Bakıdakı Səfirliyinin mətbuat şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, İranın quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
"Bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər üçün, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri açıqdır. İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur", - səfirlikdən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0