CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzəryanı ölkələr Xəzərin dayazlaşmasının qarşısını necə alacaqlar?

© Official website of President of Azerbaijan Republic Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında
 Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında - Sputnik Azərbaycan, 1920, 02.07.2022
Abunə olmaq
Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə Xəzər dənizində suyun azalma səbəbləri, tədbirlərinin hazırlanması, birgə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
BAKI, 2 iyul — Sputnik. İyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı Xəzər dənizinin dayazlaşması probleminə diqqəti çəkib. Prezident bildirib ki, Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qrupları yaradılacaq.
Dövlət başçısı qeyd edib ki, görüşdə xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi aparılıb:

"Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər. Əminəm ki, bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq".

Bəs görəsən Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş hansı addımlar atılacaq?
Xəzərda dayazlaşma ilə bağlı xarici ekspertlər Bakıya gələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğumuza cavabda bildirildi ki, bu məqsədlə iyulun 5-də "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda in təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə, Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə konfransda Xəzər dənizinin səviyyə tərəddüdləri və azalma səbəbləri, regional uyğunlaşma tədbirlərinin hazırlanması, birgə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Eyni zamanda, iqlim dəyişmələri üzrə hökümətlərarası ekspert qrupunun bu ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konveniyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-ci sessiyasında təqdim etdiyi qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılacaq.
© Photo : Report / Firi Salim Umayra Tağıyeva
Умайра Тагиева - Sputnik Azərbaycan, 1920, 02.07.2022
Umayra Tağıyeva
Xəzər dənizinin sahilyanı əraziləri üçün Uyğunlaşma Planı hazırlanacaq
Xidmət rəisi qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdlərinə dair orta və uzunmüddətli müxtəlif proqnoz-ssenarilər mövcuddur. Bu baxımdan, daha realist ssenarinin seçilməsi, buna uyğun Xəzər dənizinin sahilyanı əraziləri üçün Uyğunlaşma Planının hazırlanmasında regional yanaşmanın tətbiq edilməsi sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məsələsinə baxılacaq.
Xəzərin səviyyəsi 35 sm aşağı düşüb
Umayra Tağıyeva bildirib ki, Xəzər dənizinin səviyyəsi 2021-ci ildə 35 sm aşağı düşüb. Onun sözlərinə görə, dəniz suyunun aşağı enməsi Xəzəryanı ölkələr üçün narahatlıq doğurur:

"Xəzər dənizinin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib. Xəzər dənizinin aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb".

Yada salaq ki, bir müddət öncəUmayra Tağıyevanın Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Peter Burian bildirmişdi ki, Xəzər də Aral dənizi kimi ekoloji fəlakətlə üz-üzə qalıb. Onun sözlərinə görə, sudan istifadə ilə bağlı əvvəlki təcrübələr Aral dənizində çox ciddi fəlakətə gətirib çıxarmışdı:

"Düzdür, hələlik heç kim bu barədə danışmır, amma elm adamları bu məsələyə ciddi yanışmasalar, Xəzər dənizində də oxşar fəlakətin baş verə biləcəyini proqnozlaşdırırlar. Xüsusilə də Ural çayından Xəzər dənizinə tökülən suyun həcmi azalıb. Proqnozlara görə, bu proses o qədər sürətlənə bilər ki, həqiqətən də, çox ciddi ekoloji fəlakətə gətirib çıxarar".

Burian onu da qeyd edib ki, hazırda Xəzərin su ehtiyatlarından rasional və məsuliyyətli istifadə sahəsində əməkdaşlığı təşviq etmək çox vacibdir.
"Bunun üçün bütün ölkələrin (Xəzər hövzəsi ölkələri - red.) maraqları nəzərə alınmaqla su ehtiyatlarının ədalətli bölünməsi və istifadəsi ilə bağlı razılığa gəlinməlidilər", – deyə Aİ-nin xüsusi nümayəndəsi əlavə edib.
Xəzərin suyundan məsuliyyətli istifadə edilməlidir!
Xatırladaq ki, 2018-ci ilin avqust ayında beş Xəzəryanı ölkə başçısı Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında konvensiyanı imzalayıblar - bu bölgə üçün tarixi sənəddir və onun üzərində iş 20 ildən artıqdır ki, davam edir. Konvensiyanı Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri imzalayıblar. Sənəd beş dövlət üçün Xəzər dənizinə müstəsna və mükəmməl hüquqlar verərək dənizin suyundan və digər ehtiyatlarından məsuliyyətli istifadəni təmin edir.
Bu günə qədər yalnız dörd tərəf Konvensiyanı ratifikasiya edib: Türkmənistan (dekabr 2018), Qazaxıstan, Azərbaycan (fevral 2019), Rusiya (oktyabr 2019). İran Konvensiyanın ratifikasiyası məsələsini yubadır.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi üzərində ilk instrumental müşahidələr 1837-ci ildən Bakıda aparılmağa başlanılıb. Çoxillik müşahidələr göstərir ki, dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib. 1929-1977-ci illərdə 3 metr aşağı düşüb, 1978-1995-ci illərdə isə 2,5 metr qalxıb. 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1,5 metr təşkil edir.
Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28,05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınıb və dəyişmə amplitudu 4 m təşkil edib. Son 500 ildə dənizin ən aşağı səviyyəsi 1977-ci ildə müşahidə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Вид на Каспийское море с бакинского бульвара, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.06.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
İlham Əliyev: "Xəzər dənizinin dayazlaşma dinamikası narahatlıq doğurur"
Xəbər lenti
0