DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 5-ə çatıb

© AFP 2024 / ATTA KENAREİranda zəlzələ, arxiv şəkli
İranda zəlzələ, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.07.2022
Abunə olmaq
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.
BAKI, 2 iyul - Sputnik. İlkin məlumatlara görə, İranın cənubunda baş verən zəlzələ nəticəsində 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb. Bu barədə İnterfax xəbər yayıb.
Yerli media hakimiyyət orqanlarının verdiyi məluamata görə, bundan əvvəl Hörmüzqan əyalətinin Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.
Qeyd edək ki, zəlzələ şənbə günü gecə, Bakı vaxtı ilə saat 01:32-də baş verib.
İran mediası zəlzələnin maqnitudasını 6,1 bal, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) isə 6,0 bal gücündə olduğunu bildirib.
Bildirilir ki, ilk təkandan sonra təkrar təkanlar da olub. EMSC-nin məlumatına görə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0