https://sputnik.az/20220702/qosulmama-herekati-parlament-sebekesinin-numayendeleri-fuzuli-ve-susaya-sefer-edib-443632128.html
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin nümayəndələri Füzuli və Şuşaya səfər edib
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin nümayəndələri Füzuli və Şuşaya səfər edib
Sputnik Azərbaycan
Konfrans iştirakçılarına Şuşada işğaldan azad edildikdən sonra aparılan bərpa-quruculuq işləri, tarix və mədəniyyət abidələrinin bərpası barədə məlumat... 02.07.2022, Sputnik Azərbaycan
2022-07-02T21:03+0400
2022-07-02T21:03+0400
2022-07-02T21:31+0400
cəmiyyət
qoşulmama hərəkatının nazirlər konfransı
bakı
şuşa
füzuli
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443521246_0:98:3293:1950_1920x0_80_0_0_e20039c918794184a1469d1dc2a8dcb2.jpg
BAKI, 2 iyul - Sputnik. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonuna və Şuşa şəhərinə səfər edib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər müşayiət ediblər.Əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti buradakı Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən şəhərdəki dağıntılara baxıblar. Qonaqlara məlumat verilib ki, Füzuli şəhəri işğal altında qaldığı dövrdə ermənilər tərəfindən tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Həmçinin şəhərin təbiəti, ağaclar və yaşıllıqlar məhv edilib.Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar sonra Şuşa şəhərinə gəliblər. Onlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanı və Şuşa şəhər qala divarları ilə tanış olublar.Qonaqlar daha sonra Cıdır düzünə gedərək, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.(Azərtac)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443521246_281:0:3012:2048_1920x0_80_0_0_0f88ea8424983dc439c4005f3514c60f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoşulmama hərəkatının nazirlər konfransı, bakı, şuşa, füzuli
qoşulmama hərəkatının nazirlər konfransı, bakı, şuşa, füzuli
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin nümayəndələri Füzuli və Şuşaya səfər edib
21:03 02.07.2022 (Yenilənib: 21:31 02.07.2022) Konfrans iştirakçılarına Şuşada işğaldan azad edildikdən sonra aparılan bərpa-quruculuq işləri, tarix və mədəniyyət abidələrinin bərpası barədə məlumat verilib.
BAKI, 2 iyul - Sputnik. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonuna və Şuşa şəhərinə səfər edib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər müşayiət ediblər.
Əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti buradakı Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən şəhərdəki dağıntılara baxıblar. Qonaqlara məlumat verilib ki, Füzuli şəhəri işğal altında qaldığı dövrdə ermənilər tərəfindən tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Həmçinin şəhərin təbiəti, ağaclar və yaşıllıqlar məhv edilib.
Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar sonra Şuşa şəhərinə gəliblər. Onlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.
Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanı və Şuşa şəhər qala divarları ilə tanış olublar.
Qonaqlar daha sonra Cıdır düzünə gedərək, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.