https://sputnik.az/20220702/qazaxlar-ve--azerbaycanlilar--dombra-ucun-bir-araya-geldiler-443616965.html
Qazaxlar və azərbaycanlılar dombra üçün bir araya gəldilər
Qazaxlar və azərbaycanlılar dombra üçün bir araya gəldilər
Sputnik Azərbaycan
BAKI, 2 iyul — Sputnik. İyulun 1-də Qazaxıstanın Almatı şəhərindəki Respublika Dostluq Evində “Milli Dombra Günü”nə həsr olunmuş “Ən dombyra, jYr dombyra, küy... 02.07.2022, Sputnik Azərbaycan
2022-07-02T13:08+0400
2022-07-02T13:08+0400
2022-07-02T13:08+0400
musiqi
mədəniyyət
saz
qazax
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42383/10/423831066_0:279:3073:2007_1920x0_80_0_0_91e4d7bb146e48114da38cc2306da538.jpg
BAKI, 2 iyul — Sputnik. İyulun 1-də Qazaxıstanın Almatı şəhərindəki Respublika Dostluq Evində “Milli Dombra Günü”nə həsr olunmuş “Ən dombyra, jYr dombyra, küy dombyra” adlı bayram tədbiri keçirilib.Respublika Dostluq Evinin və Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının təşkil etdiyi tədbirdə dost ölkənin incəsənət ustaları, tanınmış küyilər və ənənəvi mahnı ifaçıları, o cümlədən cənub paytaxtının etnomədəni mərkəzlərinin nümayəndələri iştirak ediblər.Azərtac xəbər verir ki,Qazaxıstan Respublikası Parlament Məclisinin üzvü, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Əbülfəz Xamedov günün əhəmiyyəti ilə bağlı fikirlərini bildirib.Bildirib ki, 2018-ci il iyunun 13-də Qazaxıstan Respublikasının Prezidenti Milli Dombra Gününün qeyd edilməsi haqqında Sərəncam imzalayıb:"Bu əlamətdar günün iyulun ilk bazar günü qeyd olunması qərara alınıb. Ona görə də biz azərbaycanlılar bu gün milli mədəniyyətin özünəməxsusluğunu qoruyub saxlamaq və yaşatmaq ideyası ətrafında cəmiyyətin daha da möhkəmlənməsi üçün “Dombra Günü”nün təşkilatçısı kimi çıxış edirik".Məlum olduğu kimi, qədim zamanlardan musiqi və mahnılar köçəri xalqın həyatında böyük rol oynayıb. Dombra qazax xalqının simvolu adlandırıla biləcək əsas musiqi alətlərindən biri hesab olunur.Məlumat üçün bildirək ki, bu alətin bir çox xalqlarda analoqları var. Rus mədəniyyətində formaca oxşar dumra, tacik mədəniyyətində dumrak, özbək mədəniyyətində dutara bənzər dumbyra, dumbrak, qırğız mədəniyyətində komuz, türkmən mədəniyyətində dutar, baş, dumbıra, başqırd mədəniyyətində dumbyra, Azov dənizi noqay mədəniyyətində dombyradır. Azərbaycanda həmin alətin anoloqu saz və tamburdur ( Balakən və Zaqatalada "dambur" adlanır).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/10/423831066_157:0:2888:2048_1920x0_80_0_0_ec5d4b75aef5ef7722b5dd8e87569b17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
musiqi, saz, qazax, azərbaycan
musiqi, saz, qazax, azərbaycan
BAKI, 2 iyul — Sputnik. İyulun 1-də Qazaxıstanın Almatı şəhərindəki Respublika Dostluq Evində “Milli Dombra Günü”nə həsr olunmuş “Ən dombyra, jYr dombyra, küy dombyra” adlı bayram tədbiri keçirilib.
Respublika Dostluq Evinin və Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının təşkil etdiyi tədbirdə dost ölkənin incəsənət ustaları, tanınmış küyilər və ənənəvi mahnı ifaçıları, o cümlədən cənub paytaxtının etnomədəni mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Azərtac xəbər verir ki,Qazaxıstan Respublikası Parlament Məclisinin üzvü, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Əbülfəz Xamedov günün əhəmiyyəti ilə bağlı fikirlərini bildirib.
Bildirib ki, 2018-ci il iyunun 13-də Qazaxıstan Respublikasının Prezidenti Milli Dombra Gününün qeyd edilməsi haqqında Sərəncam imzalayıb:
"Bu əlamətdar günün iyulun ilk bazar günü qeyd olunması qərara alınıb. Ona görə də biz azərbaycanlılar bu gün milli mədəniyyətin özünəməxsusluğunu qoruyub saxlamaq və yaşatmaq ideyası ətrafında cəmiyyətin daha da möhkəmlənməsi üçün “Dombra Günü”nün təşkilatçısı kimi çıxış edirik".
Məlum olduğu kimi, qədim zamanlardan musiqi və mahnılar köçəri xalqın həyatında böyük rol oynayıb. Dombra qazax xalqının simvolu adlandırıla biləcək əsas musiqi alətlərindən biri hesab olunur.
Məlumat üçün bildirək ki, bu alətin bir çox xalqlarda analoqları var. Rus mədəniyyətində formaca oxşar dumra, tacik mədəniyyətində dumrak, özbək mədəniyyətində dutara bənzər dumbyra, dumbrak, qırğız mədəniyyətində komuz, türkmən mədəniyyətində dutar, baş, dumbıra, başqırd mədəniyyətində dumbyra, Azov dənizi noqay mədəniyyətində dombyradır. Azərbaycanda həmin alətin anoloqu saz və tamburdur ( Balakən və Zaqatalada "dambur" adlanır).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.