https://sputnik.az/20220702/qarabag-zefer-gecesi-kikboksinq-turniri-kecirilir-443632394.html
“Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçirilir
“Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçirilir
Sputnik Azərbaycan
Türkiyənin məşhur aktyoru iş qrafikinə görə Azərbaycan paytaxtında qala bilməyəcəyinə çox təəssüfləndiyini bildirib. 02.07.2022, Sputnik Azərbaycan
2022-07-02T21:30+0400
2022-07-02T21:30+0400
2022-07-02T21:30+0400
cəmiyyət
kikboks
turnir
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/42315/41/423154126_0:0:1280:721_1920x0_80_0_0_9733027630d23af70869867c46e31bc6.jpg
BAKI, 2 iyul - Sputnik. Bakıda möhtəşəm “Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçirilir. “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil edilən turnirin təşkilatçısı türkiyəli Kürşat Şahinin rəhbəri olduğu “Loca” döyüş klubudur.Yarışda dördü Azərbaycandan, dördü isə Türkiyədən olmaqla səkkiz idmançı dünya millisinə qarşı mübarizə aparır.Qeyd edək ki, Azərbaycan millisindən qatılan idmançılar Bəhram Rəcəbzadə, Nehir Rəcəbzadə, Qəşəm Məmmədov, Elşad Şahbazov, türklərdən isə Adəm Bozkurt, Zəhra Doğan, Qalip Çelik və Ali Kelat döyüş gecəsinin iştirakçısıdır.Yarışa biletlərin qiyməti 20-7500 manat arasında dəyişir.Qeyd edək ki, məşhur türkiyəli aktyor Burak Özçivit Qarabağ kikboksinq turnirində fəxri qonaq kimi iştirak etmək üçün Bakıya gəlib. Burak Özçivit "Möhtəşəm yüzillik", "Qara sevda", "Çalıquşu" kimi seriallardakı obrazları ilə məşhurlaşıb.Aktyor yenidən Azərbaycanın paytaxtında olmaqdan xoşbəxt olduğunu etiraf edib. Onun sözlərinə görə, əvvəllər tez-tez Bakıya səfər edib, lakin koronavirus pandemiyası səbəbindən uzun müddət belə imkanı olmayıb.“Bakıda çoxlu dostlarım var, bu şəhər mənim üçün çox əzizdir. Hazırda çəkilişlərə görə çox vaxtım yoxdur, ona görə də qala bilmirəm. Bəlkə gələn dəfə ailəmlə gələcəyəm”, - deyə Özçivit etiraf edib.Sənətçi Bakıya dünya şöhrətli azərbaycanlı kikboksçu və qarışıq döyüş növləri (MMA) döyüşçüsü Zabit Səmədovun dəvəti ilə gəlib. Onlar “Kuruluş: Osman” türk serialının çəkilişləri zamanı tanış olublar. İdmançı filmdə döyüşçü Gəncə bəy obrazını təcəssüm etdirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42315/41/423154126_87:0:1223:852_1920x0_80_0_0_99515d67eb60b9a23c85180f5f6301d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kikboks, turnir, zəfər günü
kikboks, turnir, zəfər günü
“Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçirilir
Türkiyənin məşhur aktyoru iş qrafikinə görə Azərbaycan paytaxtında qala bilməyəcəyinə çox təəssüfləndiyini bildirib.
BAKI, 2 iyul - Sputnik. Bakıda möhtəşəm “Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçirilir. “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil edilən turnirin təşkilatçısı türkiyəli Kürşat Şahinin rəhbəri olduğu “Loca” döyüş klubudur.
Yarışda dördü Azərbaycandan, dördü isə Türkiyədən olmaqla səkkiz idmançı dünya millisinə qarşı mübarizə aparır.
Qeyd edək ki, Azərbaycan millisindən qatılan idmançılar Bəhram Rəcəbzadə, Nehir Rəcəbzadə, Qəşəm Məmmədov, Elşad Şahbazov, türklərdən isə Adəm Bozkurt, Zəhra Doğan, Qalip Çelik və Ali Kelat döyüş gecəsinin iştirakçısıdır.
Yarışa biletlərin qiyməti 20-7500 manat arasında dəyişir.
Qeyd edək ki, məşhur türkiyəli aktyor Burak Özçivit Qarabağ kikboksinq turnirində fəxri qonaq kimi iştirak etmək üçün Bakıya gəlib. Burak Özçivit "Möhtəşəm yüzillik", "Qara sevda", "Çalıquşu" kimi seriallardakı obrazları ilə məşhurlaşıb.
Aktyor yenidən Azərbaycanın paytaxtında olmaqdan xoşbəxt olduğunu etiraf edib. Onun sözlərinə görə, əvvəllər tez-tez Bakıya səfər edib, lakin koronavirus pandemiyası səbəbindən uzun müddət belə imkanı olmayıb.
“Bakıda çoxlu dostlarım var, bu şəhər mənim üçün çox əzizdir. Hazırda çəkilişlərə görə çox vaxtım yoxdur, ona görə də qala bilmirəm. Bəlkə gələn dəfə ailəmlə gələcəyəm”, - deyə Özçivit etiraf edib.
Sənətçi Bakıya dünya şöhrətli azərbaycanlı kikboksçu və qarışıq döyüş növləri (MMA) döyüşçüsü Zabit Səmədovun dəvəti ilə gəlib. Onlar “Kuruluş: Osman” türk serialının çəkilişləri zamanı tanış olublar. İdmançı filmdə döyüşçü Gəncə bəy obrazını təcəssüm etdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.