https://sputnik.az/20220702/derman-sirketlerinin-qiymet-oyunu-443603348.html
Dərman şirkətlərinin qiymət oyunu
Dərman şirkətlərinin qiymət oyunu
Sputnik Azərbaycan
Natiq Cəfərli ölkəmizə dərman preparatlarının idxalına tətbiq edilən yüksək rüsumların ləğv edilməli olduğunu söyləyir. 02.07.2022, Sputnik Azərbaycan
2022-07-02T10:00+0400
2022-07-02T10:00+0400
2022-07-02T10:00+0400
dərman
səhiyyə
natiq cəfərli
iqtisadçı-ekspert natiq cəfərli
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992334_0:96:2001:1221_1920x0_80_0_0_cc85f7c71f48445f6b1ef527127b1b97.jpg
BAKI, 2 iyul — Sputnik. Azərbaycanda satılan dərman preparatarının qiymətinin xarici ölkələrlə müqayisədə dəfələrlə baha olması haqlı olaraq pasiyentlərin narazılığına səbəb olur. Məlumatlara görə, ölkəmizdə 75 manata satılan "Qalusmet" preparatı qonşu ölkələrdə 25 manata, 51 manata satılan "Dostinek" 20 manata, 28 manata satılan "Tripliksam" 10 manata, 56 manata satılan "Skin kap aerazol" 20 manata, 193 manata satılan "Zoladeks" isə 58 manata təklif olunur.Qiymətlərdə belə yüksək fərqin yaranması isə xəstə insanların dərmanlara əlçatanlığını azaldır.Xəstələr həkimin yazdığı dərmanı ala bilmirAzərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə dərmanların qiymətinin kəskin baha olması xəstəliklərin artmasına təsirsiz ötüşmür: "Həkim xəstəyə dərman yazır, qiyməti baha olduğundan xəstə həmin dərmanı ala bilmir. Belə olan halda pasiyentin səhhəti daha da pisləşir. Dərmanları alıb vaxtında qəbul edə bilməyən xəstələr xəstəlikləri ağırlaşdığından ölürlər".Dərman bazarında möhtəkirlər "at oynadır"Ə. Rüstəm Azərbaycan Həkimlər Birliyinin dərman preparatlarının qiymətinin baha olması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ünvanladığını söyləyir: "Ölkəmizin dərman bazarında çox böyük möhtəkirlik var. Dərman preparatını ölkəmizə idxal edən şirkətlər arasında rəqabət mühiti yoxdur. Həmin şirkətlərin hamısı bir məmurun nəzarətindədir. Ona görə də qonşu ölkələrlə müqayisədə Azərbaycanda dərman preparatlarının qiyməti çox bahadır".Ə. Rüstəm bildirir ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu Türkiyə, Rusiya və İranla müqayisədə dəfələrlə bahadır: "Türkiyədə 10 manata satılan dərman preparatı Azərbaycanda 40-50 manatdır. İnsanlar bu səbəbdən məcbur olub bəzi dərman preparatlarını Türkiyədən gələn yaxınlarına aldırırlar".Həmsöhbətimiz deyir ki, dərman preparatlarının qiymətinin baha olması ilə yanaşı, ölkəmizdə dərmanların keyfiyyəti də yüksək deyil. Onun sözlərinə görə, satışda axta dərmanlar da var.Tarif Şurası təkzib edirTarif Şurasından isə bildirdilər ki, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimim 40 faiz, 100 manatdan baha başa gələn dərman isə 14 faiz baha satıla bilər.Bəs bu halda dərman preparatlarının qiymətində xarici ölkələrlə müqayisədə belə kəskin qiymət fərqi necə yaranır?"Kiçik idxalçılar bazardan çıxardılıb"İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ölkəmizdəki kiçik dərman idxalçılarının bazardan çıxardılmasına səbəb olub: " Dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi Azərbaycanda dərman bazarında rəqabət mühitini məhv etdi. Bütün kiçik idxalçılar bazardan çıxdı. Bu gün Azərbaycanın dərman bazarı monopolyadadır".Dərman şirkətləri dərmanları baha rəsmiləşdirməyin yolunu tapıbN. Cəfərli deyir ki, qanunla ölkəmizə gətirilən dərman preparatlarının 14-40 faizdən baha satılması yolverilməz olsa da, monopolist şirkətlər buna da çarə tapıblar: "Azərbaycana dərman idxal edən şirkətlər dərmanı ölkəmizə gətirərkən birbaşa istehsalçıdan aldıqları qiymətə rəsmiləşdirmirlər. İstehsalçıdan alınan dərman preparatını başqa ölkədə yaratdıqları şirkətin adına həmin ölkəyə ixrac edirlər. Oradan isə baha qiymətə sənədləşdirərək ölkəmizə idxal edirlər. Faktiki olaraq qanunvericilik də buna imkan verir. Burada hər hansı qanun pozuntusu olmadığından, şirkətlər bu yolla daha çox qazanc əldə edirlər. Ona görə də, dərman şirkətlərini buna vadar edən səbəbləri aradan qaldırmaq lazımdır".Ekspertin fikrincə, dərman preparatlarına tətbiq edilən ƏDV və rüsumlar azaldılmalıdır: "Xaricdən gətirilən mallara rüsum o vaxt yüksək ola bilər ki, o məhsul ölkəmizdə istehsal olunsun. Azərbaycanda isə dərman istehsal olunmur. Bu gün Azərbaycana idxal edilən dərman preparatlarına görə ödənilən yüksək rüsum vətəndaşların cibindən çıxrır. Əgər rüsumlar azaldılarsa dərman şirkətlərinin də xərci azalmış olar. Nəticədə dərman preparatlarının dolayı yolla alınıb ölkəmizə gətirilməsinə ehtiyac qalmaz".N. Cəfərli onu da bildirib ki, dərmanların qiymətinin molekula görə təyin edilməsi ölkəmizə keyfiyyətsiz dərmanların gətirilməsinə səbəb olub.
https://sputnik.az/20220531/turkiye-ile-derman-senayemizi-birlesdirek---deputatdan-teklif-442378707.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992334_51:0:1828:1333_1920x0_80_0_0_85ab36ec1f6dacbb92531521531453f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dərman, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
dərman, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli
Dərman şirkətlərinin qiymət oyunu
Natiq Cəfərli ölkəmizə dərman preparatlarının idxalına tətbiq edilən yüksək rüsumların ləğv edilməli olduğunu söyləyir.
BAKI, 2 iyul — Sputnik. Azərbaycanda satılan dərman preparatarının qiymətinin xarici ölkələrlə müqayisədə dəfələrlə baha olması haqlı olaraq pasiyentlərin narazılığına səbəb olur. Məlumatlara görə, ölkəmizdə 75 manata satılan "Qalusmet" preparatı qonşu ölkələrdə 25 manata, 51 manata satılan "Dostinek" 20 manata, 28 manata satılan "Tripliksam" 10 manata, 56 manata satılan "Skin kap aerazol" 20 manata, 193 manata satılan "Zoladeks" isə 58 manata təklif olunur.
Qiymətlərdə belə yüksək fərqin yaranması isə xəstə insanların dərmanlara əlçatanlığını azaldır.
Xəstələr həkimin yazdığı dərmanı ala bilmir
Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə dərmanların qiymətinin kəskin baha olması xəstəliklərin artmasına təsirsiz ötüşmür: "Həkim xəstəyə dərman yazır, qiyməti baha olduğundan xəstə həmin dərmanı ala bilmir. Belə olan halda pasiyentin səhhəti daha da pisləşir. Dərmanları alıb vaxtında qəbul edə bilməyən xəstələr xəstəlikləri ağırlaşdığından ölürlər".
Dərman bazarında möhtəkirlər "at oynadır"
Ə. Rüstəm Azərbaycan Həkimlər Birliyinin dərman preparatlarının qiymətinin baha olması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ünvanladığını söyləyir: "Ölkəmizin dərman bazarında çox böyük möhtəkirlik var. Dərman preparatını ölkəmizə idxal edən şirkətlər arasında rəqabət mühiti yoxdur. Həmin şirkətlərin hamısı bir məmurun nəzarətindədir. Ona görə də qonşu ölkələrlə müqayisədə Azərbaycanda dərman preparatlarının qiyməti çox bahadır".
Ə. Rüstəm bildirir ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu Türkiyə, Rusiya və İranla müqayisədə dəfələrlə bahadır: "Türkiyədə 10 manata satılan dərman preparatı Azərbaycanda 40-50 manatdır. İnsanlar bu səbəbdən məcbur olub bəzi dərman preparatlarını Türkiyədən gələn yaxınlarına aldırırlar".
Həmsöhbətimiz deyir ki, dərman preparatlarının qiymətinin baha olması ilə yanaşı, ölkəmizdə dərmanların keyfiyyəti də yüksək deyil. Onun sözlərinə görə, satışda axta dərmanlar da var.
Tarif Şurasından isə bildirdilər ki, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimim 40 faiz, 100 manatdan baha başa gələn dərman isə 14 faiz baha satıla bilər.
Bəs bu halda dərman preparatlarının qiymətində xarici ölkələrlə müqayisədə belə kəskin qiymət fərqi necə yaranır?
"Kiçik idxalçılar bazardan çıxardılıb"
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ölkəmizdəki kiçik dərman idxalçılarının bazardan çıxardılmasına səbəb olub: " Dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi Azərbaycanda dərman bazarında rəqabət mühitini məhv etdi. Bütün kiçik idxalçılar bazardan çıxdı. Bu gün Azərbaycanın dərman bazarı monopolyadadır".
Dərman şirkətləri dərmanları baha rəsmiləşdirməyin yolunu tapıb
N. Cəfərli deyir ki, qanunla ölkəmizə gətirilən dərman preparatlarının 14-40 faizdən baha satılması yolverilməz olsa da, monopolist şirkətlər buna da çarə tapıblar:
"Azərbaycana dərman idxal edən şirkətlər dərmanı ölkəmizə gətirərkən birbaşa istehsalçıdan aldıqları qiymətə rəsmiləşdirmirlər. İstehsalçıdan alınan dərman preparatını başqa ölkədə yaratdıqları şirkətin adına həmin ölkəyə ixrac edirlər. Oradan isə baha qiymətə sənədləşdirərək ölkəmizə idxal edirlər. Faktiki olaraq qanunvericilik də buna imkan verir. Burada hər hansı qanun pozuntusu olmadığından, şirkətlər bu yolla daha çox qazanc əldə edirlər. Ona görə də, dərman şirkətlərini buna vadar edən səbəbləri aradan qaldırmaq lazımdır".
Ekspertin fikrincə, dərman preparatlarına tətbiq edilən ƏDV və rüsumlar azaldılmalıdır:
"Xaricdən gətirilən mallara rüsum o vaxt yüksək ola bilər ki, o məhsul ölkəmizdə istehsal olunsun. Azərbaycanda isə dərman istehsal olunmur. Bu gün Azərbaycana idxal edilən dərman preparatlarına görə ödənilən yüksək rüsum vətəndaşların cibindən çıxrır. Əgər rüsumlar azaldılarsa dərman şirkətlərinin də xərci azalmış olar. Nəticədə dərman preparatlarının dolayı yolla alınıb ölkəmizə gətirilməsinə ehtiyac qalmaz".
N. Cəfərli onu da bildirib ki, dərmanların qiymətinin molekula görə təyin edilməsi ölkəmizə keyfiyyətsiz dərmanların gətirilməsinə səbəb olub.