https://sputnik.az/20220702/bas-prokurorluq-kiyevde-bas-veren-qetille-bagli-melumat-yayib-443622673.html
Baş Prokurorluq Kiyevdə baş verən qətillə bağlı məlumat yayıb
Baş Prokurorluq Kiyevdə baş verən qətillə bağlı məlumat yayıb
Sputnik Azərbaycan
Dörd il öncə cinayətdə əli olan Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam... 02.07.2022, Sputnik Azərbaycan
2022-07-02T15:37+0400
2022-07-02T15:37+0400
2022-07-02T15:37+0400
baş prokurorluq
cəmiyyət
məlumat
kiyev
ölüm
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:320:3071:2047_1920x0_80_0_0_23c6f3ca37a4bbc5928693867006439a.jpg
BAKI, 2 iyul - Sputnik. Azərbaycan Respublikasının vətəndaşı Ağayev Davud Şahəddin oğlunun 3 iyul 2018-ci il tarixdə Kiyev şəhərində odlu silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukraynanın istintaq qurumunda başlanmış cinayət işi 21.10.2020-ci il tarixdə istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.Məlumata görə, aparılmış istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşı Həsənov Yasin Teymur oğlunun yaşadığı Kiyev şəhərində aralarında şəxsi münaqişə zəminində baş vermiş və uzun müddət ərzində davam etmiş mübahisə ilə əlaqədar Davud Ağayevi qəsdən öldürməklə ondan qisas almaq istəyib.Bu məqsədlə 03.07.2018-ci il tarixdə tanışı Xəlilov Valeh Zaman oğlu və istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxslərlə 9 mm kalibrli tapança ilə silahlanıblar.Davud Ağayevin restorandan çıxması barədə məlumatı əldə etdikdən sonra həmin ünvana gəliblər. Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsində Davud Ağayevə yaxınlaşıb yaxın məsafədən bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməsinə, daha sonra isə əlbir olduğu şəxslərlə birlikdə gəldikləri avtomobillə hadisə yerindən qaçmasına dair əsaslı şübhələr müəyyən edilib.28.10.2021-ci il tarixdə Yasin Həsənova Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:0:2729:2047_1920x0_80_0_0_72ca7f992887891cd67898151f57dca8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, məlumat, kiyev, ölüm
baş prokurorluq, məlumat, kiyev, ölüm
Baş Prokurorluq Kiyevdə baş verən qətillə bağlı məlumat yayıb
Dörd il öncə cinayətdə əli olan Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir
BAKI, 2 iyul - Sputnik. Azərbaycan Respublikasının vətəndaşı Ağayev Davud Şahəddin oğlunun 3 iyul 2018-ci il tarixdə Kiyev şəhərində odlu silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukraynanın istintaq qurumunda başlanmış cinayət işi 21.10.2020-ci il tarixdə istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
Məlumata görə, aparılmış istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşı Həsənov Yasin Teymur oğlunun yaşadığı Kiyev şəhərində aralarında şəxsi münaqişə zəminində baş vermiş və uzun müddət ərzində davam etmiş mübahisə ilə əlaqədar Davud Ağayevi qəsdən öldürməklə ondan qisas almaq istəyib.
Bu məqsədlə 03.07.2018-ci il tarixdə tanışı Xəlilov Valeh Zaman oğlu və istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxslərlə 9 mm kalibrli tapança ilə silahlanıblar.
Davud Ağayevin restorandan çıxması barədə məlumatı əldə etdikdən sonra həmin ünvana gəliblər. Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsində Davud Ağayevə yaxınlaşıb yaxın məsafədən bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməsinə, daha sonra isə əlbir olduğu şəxslərlə birlikdə gəldikləri avtomobillə hadisə yerindən qaçmasına dair əsaslı şübhələr müəyyən edilib.
28.10.2021-ci il tarixdə Yasin Həsənova Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.