CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bank kartlarından oğurluq edən dələduzlar saxlanılıb

© Sputnik / Murad OrujovBank kartları, arxiv şəkli
Bank kartları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.07.2022
Abunə olmaq
Araşdırmalar zamanı məlum olub ki, Gəncə sakinləri bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara xeyli miqdarında maddi ziyan vurub
Bakı, 2 iyul — Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Səxavət MəmmədovCabir Əsgərov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 1000 manat miqdarında maddi ziyan vurub.
Saxlanılan şəxslərin Gəncə şəhərində eləcə də respublikanın digər şəhər və rayonlarında anoloji cinayətlər törətməsi istisna edilimir. Odur ki, həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların Gəncə şəhər Baş Polis İdarəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə eləcə yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur.
Qeyd edək ki, ötən gün müxtəlif şəxslərin bank hesabından oğruluq edən Sumqayıt sakini polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0