https://sputnik.az/20220702/azerbaycan-ozunun-milli-tehlukesizlik-maraqlarini-one-cekir-443586009.html
Azərbaycan özünün milli təhlükəsizlik maraqlarını önə çəkir - Ekspert
Azərbaycan özünün milli təhlükəsizlik maraqlarını önə çəkir - Ekspert
Sputnik Azərbaycan
Ekspert bildirir ki, bu gün Ukraynada baş verən hadisələr Rusiya və Qərb arasında olan qarşıdurma kontekstində qəbul edilməməlidir. 02.07.2022, Sputnik Azərbaycan
2022-07-02T08:22+0400
2022-07-02T08:22+0400
2022-07-02T09:04+0400
politoloq
təhlil
azərbaycan
milli
maraq
rusiya
çoxqütblü dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427691_0:0:2000:1125_1920x0_80_0_0_bf02d3e5bbe289b53edc927629904e99.jpg
BAKI, 2 iyul — Sputnik. İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Azərbaycan Prezidenti konfransdakı çıxışında Qoşulmama Hərəkatının dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu qeyd edib:Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a Qoşulmama Hərəkatının önəmi barədə danışıb.O bildirib ki, bu gün Ukraynada baş verən hadisələr Rusiya və Qərb arasında olan qarşıdurma kontekstində qəbul edilməməlidir. Onun sözlərinə görə, bu hadisələrin əsas səbəbi fərqli qütblərdə duran tərəflərin dünyanın yeni nizamı ilə bağlı məsələlərə fərqli geosiyasi baxışları və mövqeləridir:"Bu qarşıdurmada istər Qərbin, istərsə də Rusiyanın tərəfindən çıxış edənlər var. Azərbaycan bu ilin fevralında Rusiya ilə məlum müqaviləni imzalamaqla müasir dövrümüzün qlobal çağırışlarından birinə, yəni çoxqütblü ya təkqütblü dünyanın olması ilə bağlı çağırışa müəyyən mənada cavab verdi".Politoloq hesab edir ki, bu cavabla Azərbaycan dünyanın təkqütblü olmasını arzulayan qüvvələrlə birlikdə olmadığını göstərdi:Elşən Manafov onu da qeyd edir ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü müəyyən qədər bu tərəflər arasında balansı saxlamaq siyasəti ilə onların heç birinə doğru addım atmaq niyyətində olmadığını göstərən mövqedən çıxış edir:"Prezident İlham Əliyev bugünkü dünyada qlobal qarşıdurmaların, sivilizasiyalar arasında münaqişələrə səbəb ola biləcək fərqli qütblərdə dayanan qüvvələrin mövqelərində olan amilləri görür. Onların arasında münasibətlərdəki gərginliyə deyil, bu gərginliyin səngiməsinə xidmət edə biləcək bloklara qoşulmama mövqeyinin əhəmiyyətini nümayiş etdirir".Ekspertin sözlərinə görə, Türkiyənin özü hətta NATO üzvü olmasına baxmayaraq, bəzi məsələlərdə milli təhlükəsizlik maraqlarından çıxış edir:"Bu mənada Azərbaycan da özünün milli təhlükəsizlik maraqlarını önə çəkir. Bu yaxınlarda Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində Azərbaycanın sərgilədiyi mövqe də buna əyani sübutdur. Azərbaycan bu mövqeyi ilə bir növ təhlükələrdən özünü sığortalamağa çalışır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220701/qosulmama-herekati-parlament-sebekesinin-baki-konfransi-davam-edir-443576937.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427691_223:0:2000:1333_1920x0_80_0_0_918e07894a655e38293134697fa90dce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
politoloq, azərbaycan, milli, maraq, rusiya, çoxqütblü dünya
politoloq, azərbaycan, milli, maraq, rusiya, çoxqütblü dünya
Azərbaycan özünün milli təhlükəsizlik maraqlarını önə çəkir - Ekspert
08:22 02.07.2022 (Yenilənib: 09:04 02.07.2022) Ekspert bildirir ki, bu gün Ukraynada baş verən hadisələr Rusiya və Qərb arasında olan qarşıdurma kontekstində qəbul edilməməlidir.
BAKI, 2 iyul — Sputnik. İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Azərbaycan Prezidenti konfransdakı çıxışında Qoşulmama Hərəkatının dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu qeyd edib:
"Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik".
Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a Qoşulmama Hərəkatının önəmi barədə danışıb.
O bildirib ki, bu gün Ukraynada baş verən hadisələr Rusiya və Qərb arasında olan qarşıdurma kontekstində qəbul edilməməlidir. Onun sözlərinə görə, bu hadisələrin əsas səbəbi fərqli qütblərdə duran tərəflərin dünyanın yeni nizamı ilə bağlı məsələlərə fərqli geosiyasi baxışları və mövqeləridir:
"Bu qarşıdurmada istər Qərbin, istərsə də Rusiyanın tərəfindən çıxış edənlər var. Azərbaycan bu ilin fevralında Rusiya ilə məlum müqaviləni imzalamaqla müasir dövrümüzün qlobal çağırışlarından birinə, yəni çoxqütblü ya təkqütblü dünyanın olması ilə bağlı çağırışa müəyyən mənada cavab verdi".
Politoloq hesab edir ki, bu cavabla Azərbaycan dünyanın təkqütblü olmasını arzulayan qüvvələrlə birlikdə olmadığını göstərdi:
"Hərçənd ki, Azərbaycan özünün əsas strateji məhsulu olan nefti və qazı dünyanın birqütblü olması mövqeyindən çıxış edən Qərb ölkələrinə satır. Lakin bölgədəki geosiyasi reallıqlar və Azərbaycanın çoxqütblü dünya nizamını müdafiə edən qüvvələrin mövqeyini dəstəkləməyə vadar edir".
Elşən Manafov onu da qeyd edir ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü müəyyən qədər bu tərəflər arasında balansı saxlamaq siyasəti ilə onların heç birinə doğru addım atmaq niyyətində olmadığını göstərən mövqedən çıxış edir:
"Prezident İlham Əliyev bugünkü dünyada qlobal qarşıdurmaların, sivilizasiyalar arasında münaqişələrə səbəb ola biləcək fərqli qütblərdə dayanan qüvvələrin mövqelərində olan amilləri görür. Onların arasında münasibətlərdəki gərginliyə deyil, bu gərginliyin səngiməsinə xidmət edə biləcək bloklara qoşulmama mövqeyinin əhəmiyyətini nümayiş etdirir".
Ekspertin sözlərinə görə, Türkiyənin özü hətta NATO üzvü olmasına baxmayaraq, bəzi məsələlərdə milli təhlükəsizlik maraqlarından çıxış edir:
"Bu mənada Azərbaycan da özünün milli təhlükəsizlik maraqlarını önə çəkir. Bu yaxınlarda Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində Azərbaycanın sərgilədiyi mövqe də buna əyani sübutdur. Azərbaycan bu mövqeyi ilə bir növ təhlükələrdən özünü sığortalamağa çalışır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.