Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

YUĞ Teatrına baş rejissor təyin olunub

© pixabay / marybettiniblankBoş teatr səhnəsi
Boş teatr səhnəsi - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən əsası qoyulan teatrın baş rejissoru Mikayıl Mikayılov olub. M.Mikayılov 2005-ci ildən YUĞ Dövlət Teatrının rejissorudur
BAKI, 1 iyul — Sputnik. Azərbaycan Dövlət YUĞ Teatrına baş rejissor təyin olunub. Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.
Yeni baş rejissor Mikayıl Mikayılov kollektivə təqdim edilib. Tədbirdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və sektorun əməkdaşı Günay Hümbətova iştirak ediblər.
Qeyd edək ki, Mikayıl Mikayılov 1981-ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və teatr rejissoru ixtisasında bakalavr və magistr pillələri üzrə ali təhsil alıb. 1999-cu ildə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayan M.Mikayılov 2005-ci ildən YUĞ Dövlət Teatrının rejissorudur.
Müxtəlif illərdə "İlin ən yaxşı gənc kino aktyoru" (2004), "İlin ən yaxşı gənc rejissoru" (2005) və "Zirvə" (2013) mükafatlarına layiq görülüb.
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət YUĞ Teatrının əsası 18 oktyabr 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulub. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olub. 2011-2017-ci illərdə teatrın direktoru Tərlan Rəsulov olub. 2017-2018-ci illərdə Rəşad Əhmədzadə teatrın direktoru vəzifəsini müvəqqəti icra edib. 2018-ci ildən İslam Həsənov teatrın direktoru idi.
YUĞ Teatrının yerləşdiyi bina tarixi əhəmiyyət daşıyır. Belə ki, binanın əsası 1888-ci ildə qoyulub. İstifadəyə verildiyi ilk dövrdə Hacı Fərəculla hamamı kimi fəaliyyət göstərib.
Xəbər lenti
0