Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə torpaq sürüşməsində həlak olan şəxs azərbaycanlıdır

© Sputnik / Viktoriya ViatrisTürkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli
Türkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində həlak olan şəxs azərbaycanlıdır
BAKI, 1 iyul — Sputnik. Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün şəxsiyyəti məlum olub.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial media hesabında yazıb. O bildirib ki, Artvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. O, 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimovdur.
Xatırladaq ki, Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qeyd olunub ki, 3 yük maşını qayaların altında qalıb. Məlumata görə, təbii fəlakət bölgəsində olan yük maşınları zərər görüb, yol bağlanıb.
Xəbər lenti
0