https://sputnik.az/20220701/turkiye-ve-ermenistan-quru-serhedinin-tezlikle-acilmasi-barede-raziliga-gelib-443606460.html
Türkiyə və Ermənistan quru sərhədinin tezliklə açılması barədə razılığa gəlib
Türkiyə və Ermənistan quru sərhədinin tezliklə açılması barədə razılığa gəlib
Sputnik Azərbaycan
Nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub. 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T20:30+0400
2022-07-01T20:30+0400
2022-07-01T23:33+0400
cəmiyyət
türkiyə
ermənistan
https://cdnn1.img.sputnik.az/img/41158/39/411583908_0:84:1601:984_1920x0_80_0_0_c13457a6b5f5f4d9fb556f6f5cfd8286.jpg
BAKI, 1 iyun - Sputnik. Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.Bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, görüş çərçivəsində tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub.Vyanada baş tutan dördüncü görüş nəticəsində iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı konsensus əldə olunub.17:34Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyan arasında görüş başlayıb. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.Nümayəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.
https://sputnik.az/20220628/xususi-numayendelerin-novbeti-gorusunun-tarixi-aciqlanib-443422643.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41158/39/411583908_0:0:1525:1144_1920x0_80_0_0_feaa33cf347b1e197ae812f1463025f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, ermənistan
Türkiyə və Ermənistan quru sərhədinin tezliklə açılması barədə razılığa gəlib
20:30 01.07.2022 (Yenilənib: 23:33 01.07.2022) Nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub.
BAKI, 1 iyun - Sputnik. Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.
Bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, görüş çərçivəsində tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.
Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub.
Vyanada baş tutan dördüncü görüş nəticəsində iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı konsensus əldə olunub.
Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyan arasında görüş başlayıb. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.
Nümayəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.