SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda toplaşdı

© Photo : Azerbaijan Tourism BoardTürk dövlətlərinin turizm rəsmiləri Şamaxıda görüşdü
Türk dövlətlərinin turizm rəsmiləri Şamaxıda görüşdü - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
Nümayəndə heyətləri İstanbuldaki tarixi binada yerləşən TDT-nin yeni mənzil qərargahını ziyarət edərək, təşkilatın Baş katibi Bağdad Amrayevlə görüşüblər.
BAKI, 1 iyun - Sputnik. Türkiyənin Ankara və İstanbul şəhərlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin ilk iclası keçirilib.
İyunun 29-dan iyulun 1-dək keçirilən iclasda ölkəmizi Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən hərbi, iqtisadi, enerji, nəqliyyat, qida təhlükəsizliyi, informasiya təhlükəsizliyi, terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə mövzularında müzakirələr aparılıb, bu istiqamətdə müasir çağırış və təhdidlərin öhdəsindən gəlinməsinə dair fikir mübadiləsi edilib və bu sahələrdə türk dövlətləri arasında güclənən əməkdaşlığın əhəmiyyətli olduğu vurğulanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilən nümayəndə heyətləri daxili işlər naziri Süleyman Soylu və Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbərliyi ilə görüşüblər. Bununla yanaşı, heyətlər Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkətini ziyarət edib, qardaş Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi qürurverici nailiyyətlərlə yerində tanış olublar.
Həmçinin, nümayəndə heyətləri İstanbuldaki tarixi binada yerləşən TDT-nin yeni mənzil qərargahını ziyarət edərək, təşkilatın Baş katibi Bağdad Amrayevlə görüşüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0