Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şənbə gününün havası necə olacaq?

© Sputnik / Murad OrujovŞuşa şəhərinin mənzərəsi
Şuşa şəhərinin mənzərəsi - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi bölgələrdə isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir
BAKI, 1 iyul — Sputnik. Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55% olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
Xəbər lenti
0