https://sputnik.az/20220701/rusiyadan-turist-axini-gozlenilir---rus-dilini-bilen-iscilerin-sayi-artirilmalidirmi-443564503.html
Rusiyadan turist axını gözlənilir - Rus dilini bilən işçilərin sayı artırılmalıdırmı?
Rusiyadan turist axını gözlənilir - Rus dilini bilən işçilərin sayı artırılmalıdırmı?
Sputnik Azərbaycan
Göydəniz Qəhrəmanov bildirib ki, Rusiyadan və digər ölkələrdən Azərbaycana turist axınını sürətləndirmək üçün quru sərhədlərin açılması daha yaxşı olar. 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T09:29+0400
2022-07-01T09:29+0400
2022-07-01T09:29+0400
iqtisadiyyat
turist
rusiya
dil
https://cdnn1.img.sputnik.az/img/40680/10/406801055_0:44:1801:1057_1920x0_80_0_0_05d26d6cda0558bf3ba57f076e855377.jpg.webp
BAKI, 1 iyul — Sputnik. Bu mövsüm Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Bunu rəsmi dövlət qurumlarının açıqladığı statistik rəqəmlər də təsdiqləyir.Turizm sektorunda canlanma varDövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bu ilin yanvar-may aylarında Azərbaycana 157 ölkədən 468,1 min və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Gələnlərin 24,8 %-i Türkiyə, 24,7 %-i Rusiya, 13,8 %-i İran, 5,6 %-i Gürcüstan, 3,7 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7 %-i Ukrayna, hər birindən 2,4 % olmaqla Hindistan və Pakistan, 1,7 %-i Qazaxıstan, 1,3 %-i Küveyt, 1,2 %-i Böyük Britaniya, 12,9 %-i digər ölkələrin vətəndaşları olub.Azərbaycana gələn turistlərin sayına görə bu iki ölkə liderdirDövlət Turizm Agentliyinin (DTA) Media və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Gülnar Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ilin yanvar-may aylarında ölkəmizə 468 170 min turist gəlib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 214 628 min təşkil edib. Bu da ötən ilin may ayı ilə müqayisədə 118 faiz artım deməkdir.Onun sözlərinə görə, ölkəmizə təkcə bu ilin may ayında gələn turistlərin sayı 137 491 min olub:DTA-dan o da bildirildi ki, bu ilin may ayında Azərbaycana 15 ölkə üzrə gələn turistlərin siyahısına Türkiyə və Rusiya başçılıq edir:Rusiyadan Azərbaycana turit axını gözlənilirTurizm mövsümünün hələ yeni başladığını nəzərə alsaq, iyul və avqust aylarında ölkəmizə turist axını davam edəcəyi danılmazdır. Artıq Rusiyadan xaricə səyahət edənlərin builki yay mövsümündə hansı ölkələrə getmək istədikləri müəyyənləşib. Səyahət planlaşdırma xidməti "OneTwoTrip" məlumat yayıb ki, Rusiyadan yayda səyahət etmək istəyənlərin 40%-dən çoxu xaricə uçuşlarla maraqlanır.Ölkələr arasında 20,8 % axtarış payı ilə Türkiyə ən populyardır. Onu 9%-lə Ermənistan və 7,7%-lə Azərbaycan izləyib. Bundan başqa, ilk 10-luqda Özbəkistan (6,6%), Qırğızıstan (5,3%), Qazaxıstan (3,8%), Gürcüstan (3,6%), Tacikistan (3,5%), İtaliya (2,7%) və Tayland (2,6%) qərarlaşıb."Tutu.ru" səyahət xidmətinin məlumatına görə isə, Rusiyanın paytaxtı Moskvadan İstanbul, Bakı, Daşkənd və Oş şəhərlərinə uçuşlar daha çox maraq doğurur. Bu istiqamətlər birlikdə axtarış sorğularının təxminən 17 faizini təşkil edir. Xaricə uçanların təxminən üç faizindən bir qədər çoxu İstanbul və Bakıya gedir.Azərbaycan turist axınına hazır olmalıdırEkspertlər də bildirir ki, bu il rusiyalı turistlərin istirahət edə biləcəyi ölkələrin sayının məhdud olduğunu nəzərə alsaq, Rusiyadan turist axının artacağı qaçılmazdır.Bəs görəsən Azərbaycan Rusiyadan çox sayda turisti qəbul etməyə hazırdırmı?Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Rusiya Azərbaycan üçün turizm baxımından önəmli bazardır.G.Qəhrəmanov rusiyalı turistlərin ölkəmizdə daha çox şəhər gəzintisi və çimərlik turizminə maraq göstərdiyini söyləyir. Onun sözlərinə görə, iyul və avqust aylarında ölkəmizə Rusiyadan gələn turist sayının daha da artacağı gözləniləndir:Hotellərin və aviareyslərin sayı artırılmalıdırG.Qəhrəmanov deyir ki, bunun üçün ilk növbədə hotel sayı artırılmalıdır. Həmçinin azbüdcəli turistlər də nəzərə alınmalıdır:Quru sərhədlər açılarsa...Turizm eksperti deyir ki, Rusiyadan və digər ölkələrdən Azərbaycana turist axınını sürətləndirmək üçün quru sərhədlərin açılması daha yaxşı olardı:"Rusiyanın özündə də azbüdcəli turistlər var ki, onların avia bilet alıb təyyarə ilə Bakıya gəlməyə imkanları çatmır. Quru sərhədlər açılsa bu ölkəmizə azbüdcəli turistlərin də gəlməsinə imkan yaradacaq".Turistlərə dil biliyi olan şəxslər xidmət göstərməlidirBundan əlavə G.Qəhrəmanov turistlərə xidmət keyfiyyətinin artırılması yönündə də iş aparılmalı olduğunu söyləyir:AZAL Rusiya ilə uçuşları mərhələli şəkildə bərpa edirAZAL-dan isə bildirdilər ki, Rusiya iyun ayının əvvəlindən Rusiya ilə uçuşlar bərpa edilib:"Azərbaycanın milli aviadaşıyıcısı 15 iyundan etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edib. Qeyd edilən tarixdən etibarən "AZAL" və "Buta Airways" aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir. "AZAL" və "Buta Airways" aviaşirkətlərinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində satışdadır. Aviaşirkətlərin www.azal.az və butaairways.az rəsmi saytlarında biletlərin satışı mərhələli şəkildə açılır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220814/mehv-edilmis-ukrayna-tanklarinin-sayi-4300-u-kecib---rusiya-mn-442996765.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40680/10/406801055_166:0:1633:1100_1920x0_80_0_0_b558ed93148b3f71ccf645050102f95a.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
turist, rusiya, dil
Rusiyadan turist axını gözlənilir - Rus dilini bilən işçilərin sayı artırılmalıdırmı?
Göydəniz Qəhrəmanov bildirib ki, Rusiyadan və digər ölkələrdən Azərbaycana turist axınını sürətləndirmək üçün quru sərhədlərin açılması daha yaxşı olar.
BAKI, 1 iyul — Sputnik. Bu mövsüm Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Bunu rəsmi dövlət qurumlarının açıqladığı statistik rəqəmlər də təsdiqləyir.
Turizm sektorunda canlanma var
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bu ilin yanvar-may aylarında Azərbaycana 157 ölkədən 468,1 min və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 24,8 %-i Türkiyə, 24,7 %-i Rusiya, 13,8 %-i İran, 5,6 %-i Gürcüstan, 3,7 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7 %-i Ukrayna, hər birindən 2,4 % olmaqla Hindistan və Pakistan, 1,7 %-i Qazaxıstan, 1,3 %-i Küveyt, 1,2 %-i Böyük Britaniya, 12,9 %-i digər ölkələrin vətəndaşları olub.
Azərbaycana gələn turistlərin sayına görə bu iki ölkə liderdir
Dövlət Turizm Agentliyinin (DTA) Media və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Gülnar Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ilin yanvar-may aylarında ölkəmizə 468 170 min turist gəlib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 214 628 min təşkil edib. Bu da ötən ilin may ayı ilə müqayisədə 118 faiz artım deməkdir.
Onun sözlərinə görə, ölkəmizə təkcə bu ilin may ayında gələn turistlərin sayı 137 491 min olub:
"Ötən ilin may ayı ilə müqayisə etsək, bu rəqəm 51 637 min olub. Yəni Azərbaycana gələn turistlərin sayında 166 faiz artım baş verib".
DTA-dan o da bildirildi ki, bu ilin may ayında Azərbaycana 15 ölkə üzrə gələn turistlərin siyahısına Türkiyə və Rusiya başçılıq edir:
"Ölkəmizə ötən ay Türkiyədən 32 726, Rusiyadan isə 28 824 turist gəlib. İran İslam Respublikasından may ayında Azərbaycana gələnlərin sayı 16 139, Səudiyyə Ərəbistanından 8 671, Gürcüstandan 6 314 turist gəlib".
Rusiyadan Azərbaycana turit axını gözlənilir
Turizm mövsümünün hələ yeni başladığını nəzərə alsaq, iyul və avqust aylarında ölkəmizə turist axını davam edəcəyi danılmazdır. Artıq Rusiyadan xaricə səyahət edənlərin builki yay mövsümündə hansı ölkələrə getmək istədikləri müəyyənləşib. Səyahət planlaşdırma xidməti "OneTwoTrip" məlumat yayıb ki, Rusiyadan yayda səyahət etmək istəyənlərin 40%-dən çoxu xaricə uçuşlarla maraqlanır.
Ölkələr arasında 20,8 % axtarış payı ilə Türkiyə ən populyardır. Onu 9%-lə Ermənistan və 7,7%-lə Azərbaycan izləyib. Bundan başqa, ilk 10-luqda Özbəkistan (6,6%), Qırğızıstan (5,3%), Qazaxıstan (3,8%), Gürcüstan (3,6%), Tacikistan (3,5%), İtaliya (2,7%) və Tayland (2,6%) qərarlaşıb.
"Tutu.ru" səyahət xidmətinin məlumatına görə isə, Rusiyanın paytaxtı Moskvadan İstanbul, Bakı, Daşkənd və Oş şəhərlərinə uçuşlar daha çox maraq doğurur. Bu istiqamətlər birlikdə axtarış sorğularının təxminən 17 faizini təşkil edir. Xaricə uçanların təxminən üç faizindən bir qədər çoxu İstanbul və Bakıya gedir.
Azərbaycan turist axınına hazır olmalıdır
Ekspertlər də bildirir ki, bu il rusiyalı turistlərin istirahət edə biləcəyi ölkələrin sayının məhdud olduğunu nəzərə alsaq, Rusiyadan turist axının artacağı qaçılmazdır.
Bəs görəsən Azərbaycan Rusiyadan çox sayda turisti qəbul etməyə hazırdırmı?
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Rusiya Azərbaycan üçün turizm baxımından önəmli bazardır.
G.Qəhrəmanov rusiyalı turistlərin ölkəmizdə daha çox şəhər gəzintisi və çimərlik turizminə maraq göstərdiyini söyləyir. Onun sözlərinə görə, iyul və avqust aylarında ölkəmizə Rusiyadan gələn turist sayının daha da artacağı gözləniləndir:
"Rusiyalı turistlərin Azərbaycana marağı hər zaman olub. Bu mövsüm isə digər ölkələrdə istirahət edəcək rusiyalı turistlərin də qoyulan məhdudiyyətlər səbəbindən Azərbaycana üz tutacağı gözlənilir. Ona görə də Azərbaycan turist axınına hazır olmalıdır".
Hotellərin və aviareyslərin sayı artırılmalıdır
G.Qəhrəmanov deyir ki, bunun üçün ilk növbədə hotel sayı artırılmalıdır. Həmçinin azbüdcəli turistlər də nəzərə alınmalıdır:
"Düşünürəm ki, Rusiya-Azərbaycan arasında aviareyslərin sayı artırılmalıdır. Məsələn, Türkiyənin Antalya şəhərində rusiyalı turistləri Aralıq dənizi kurortlarına çatdırmaq üçün ikinci aviaşirkət yaradılıb. Biz də Rusiya ilə aviareyslərin sayını artırmalıyıq".
Quru sərhədlər açılarsa...
Turizm eksperti deyir ki, Rusiyadan və digər ölkələrdən Azərbaycana turist axınını sürətləndirmək üçün quru sərhədlərin açılması daha yaxşı olardı:
"Rusiyanın özündə də azbüdcəli turistlər var ki, onların avia bilet alıb təyyarə ilə Bakıya gəlməyə imkanları çatmır. Quru sərhədlər açılsa bu ölkəmizə azbüdcəli turistlərin də gəlməsinə imkan yaradacaq".
Turistlərə dil biliyi olan şəxslər xidmət göstərməlidir
Bundan əlavə G.Qəhrəmanov turistlərə xidmət keyfiyyətinin artırılması yönündə də iş aparılmalı olduğunu söyləyir:
"Rusiyadan Azərbaycana üz tutan turistlər daha çox çimərlik turizminə maraq göstərdiklərindən, çimərliklərdə dil biliyi olan işçilərin sayı artırılmalıdır. Mən şübhə etmirəm ki, Bakıda hansısa hoteldə rus dilində danışa bilməyən əməkdaşlar var. Amma bu turizmin bütün sahələrində eləcə də bölgələrdə də olmaldıır ki, gələn turistlər rahatlıqla xidmətlərdən istifadə edə bilsinlər".
AZAL Rusiya ilə uçuşları mərhələli şəkildə bərpa edir
AZAL-dan isə bildirdilər ki, Rusiya iyun ayının əvvəlindən Rusiya ilə uçuşlar bərpa edilib:
"Azərbaycanın milli aviadaşıyıcısı 15 iyundan etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edib. Qeyd edilən tarixdən etibarən "AZAL" və "Buta Airways" aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir. "AZAL" və "Buta Airways" aviaşirkətlərinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində satışdadır. Aviaşirkətlərin www.azal.az və butaairways.az rəsmi saytlarında biletlərin satışı mərhələli şəkildə açılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.