Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İranla sərhədlər iki ay müddətinə bağlanır?

© AP Photoİran sərhəd-keçid məntəqəsi
İran sərhəd-keçid məntəqəsi - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin mətbuat şöbəsi bununla bağlı açıqlama yayıb.
BAKI, 1 iyul — Sputnik. Sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlayacağına dair məlumatlar paylaşılıb. Məsələ sosial şəbəkə istifadəçiləri arasında ciddi müzakirələrə səbəb olub.
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin mətbuat şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, İranın quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirlər:
"Bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər üçün, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri açıqdır. İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur".
Qeyd edək ki, Azərbaycan-Türkiyə və Azərbaycan-İran arasında quru sərhədlərinin bağlanması ilə bağlı məlumat yayılıb.
Xəbər lenti
0