https://sputnik.az/20220701/nazir-olkemizde-meymunciceyi-virusuna-yoluxma-fakti-qeyde-alinmayib-443585042.html
Nazir: "Ölkəmizdə meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb"
Nazir: "Ölkəmizdə meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb"
Sputnik Azərbaycan
Teymur Musayev bildirib ki, Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət... 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T15:25+0400
2022-07-01T15:25+0400
2022-07-01T15:25+0400
səhiyyə
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442085803_0:0:3091:1739_1920x0_80_0_0_dc4c8a0e2fd26604b15fb1a9e98cc838.jpg
BAKI, 1 iyul — Sputnik. Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.Nazir bildirib ki, artıq həmin testlər ÜST-ün Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib. Onun sözlərinə görə, Azərbaycana meymunçiçəyi testləri yaxın 2-3 gün ərzində gətiriləcək.Teymur Musayev onu da bildirib ki, Azərbaycanda hələlik meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.O bildirib ki, xəstəliyin hazırkı vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi qeydə alınır: "Virusun özünəməxsus simptomları var. Əsas təsdiqedici yol laborator müayinələrdir. Bu gün ölkədə heç şübhəli hal da yoxdur. Odur ki, heç bir müayinə üsuluna ehtiyac olmayıb. Gətirilən testlər xüsusi təhlükəli infeksiya nəzarət mərkəzinə təhvil veriləcək. Bütün müayinələr də orada həyata keçiriləcək".Koronavirusdan söz açan nazir əlavə edib ki, yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır. Nazirin sözlərinə görə, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir: "Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq".Səhiyyə naziri onu da bildirib ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Risk qrupuna aid edilən şəxslərin demək olar ki, 90 faizi artıq peyvənd vurdurub. Həmin şəxslər hətta buster dozanı da qəbul ediblər: "Sevindirici haldır ki, vətəndaşlarımızın məsuliyyəti yüksək səviyyədədir. Ümumi əhalinin peyvəndlənmə statistikasına gəlincə, bu göstərici təxminən 74% təşkil edir. Bu da müsbət rəqəmdir. Çünki bu, bizə kütləvi immunitetin tam formalaşmasından danışmağa imkan verir"."Təbii ki, koronavirus pandemiyası hər dəfə yeni sürprizlər ortaya çıxarır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, payız mövsümü üçün lazımi tədbirləri görüb ikinci səviyyəli hazırlıq prosesinə çatmalıyıq. Bu istiqamətdə bütün addımlar atılır. Ümidvaram ki, payız fəslini sıçrayışsız keçsək, pandemiyanın sonu barədə nəsə danışa bilərik. Hələ tezdir", - deyə nazir əlavə edib.T.Musayev həmçinin uşaqlar arasında yayılan virusdan danışıb. Onun sözlərinə görə, virus mövsümüdür. Nazir məsələ ilə bağlı valideynlərə müraciət edib. O deyib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirmək lazımdır: "Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442085803_329:0:3060:2048_1920x0_80_0_0_3c8dfc3dc1046f2dda0182d6f5cb738c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səhiyyə
Nazir: "Ölkəmizdə meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb"
Teymur Musayev bildirib ki, Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub
BAKI, 1 iyul — Sputnik. Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, artıq həmin testlər ÜST-ün Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib. Onun sözlərinə görə, Azərbaycana meymunçiçəyi testləri yaxın 2-3 gün ərzində gətiriləcək.
Teymur Musayev onu da bildirib ki, Azərbaycanda hələlik meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.
O bildirib ki, xəstəliyin hazırkı vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi qeydə alınır: "Virusun özünəməxsus simptomları var. Əsas təsdiqedici yol laborator müayinələrdir. Bu gün ölkədə heç şübhəli hal da yoxdur. Odur ki, heç bir müayinə üsuluna ehtiyac olmayıb. Gətirilən testlər xüsusi təhlükəli infeksiya nəzarət mərkəzinə təhvil veriləcək. Bütün müayinələr də orada həyata keçiriləcək".
Koronavirusdan söz açan nazir əlavə edib ki, yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır. Nazirin sözlərinə görə, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir: "Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq".
Səhiyyə naziri onu da bildirib ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Risk qrupuna aid edilən şəxslərin demək olar ki, 90 faizi artıq peyvənd vurdurub. Həmin şəxslər hətta buster dozanı da qəbul ediblər: "Sevindirici haldır ki, vətəndaşlarımızın məsuliyyəti yüksək səviyyədədir. Ümumi əhalinin peyvəndlənmə statistikasına gəlincə, bu göstərici təxminən 74% təşkil edir. Bu da müsbət rəqəmdir. Çünki bu, bizə kütləvi immunitetin tam formalaşmasından danışmağa imkan verir".
"Təbii ki, koronavirus pandemiyası hər dəfə yeni sürprizlər ortaya çıxarır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, payız mövsümü üçün lazımi tədbirləri görüb ikinci səviyyəli hazırlıq prosesinə çatmalıyıq. Bu istiqamətdə bütün addımlar atılır. Ümidvaram ki, payız fəslini sıçrayışsız keçsək, pandemiyanın sonu barədə nəsə danışa bilərik. Hələ tezdir", - deyə nazir əlavə edib.
T.Musayev həmçinin uşaqlar arasında yayılan virusdan danışıb. Onun sözlərinə görə, virus mövsümüdür. Nazir məsələ ilə bağlı valideynlərə müraciət edib. O deyib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirmək lazımdır: "Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil".