CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkomanlar arasında yetkinlik yaşına çatmayanlar artıb - Dispanser tam gücü ilə işləyir

© AFP 2024 / HOANG DINH NAMNarkoloji dispanser, arxiv şəkli
Narkoloji dispanser, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
Dispanserə müraciət edənlər arasındakı yetkinlik yaşına çatmayanların sayında artım var.
BAKI, 1 iyul — Sputnik. Bir müddət əvvəl Respublika Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov son zamanlar psixatrop maddələrdən istifadə edən şəxslərin sayının artdığını bildirmişdi.
Maraqlıdır, ümumiyyətlə bu bəlanın yaranmasının başlıca səbəbləri hansılardır?
Məsələ ilə bağlı O.Cəfərov Sputnik Azərbaycana açıqlamasında deyib ki, səbəblər politiolojikdir. Yəni cinsiyyət, yaş, sosial mühit, təhsil və bir sıra amillərin burada rolu ola bilər:

"Bu xəstəlik xüsusən erkən yetkinlik dövrünə təsadüf etdiyindən, həmin yaşda olan şəxslərin davranışlarına xüsusi önəm vermək lazımdır. Hazırda da dispanserimizə yetkinlik yaşına çatmayanlar bir neçə şəxs müraciət edir və təəssüflə qeyd edirəm ki, bu rəqəmlərdə artım var. Rəqəmlərə istinadən bildirim ki, hazırda dispanserdə 2001-2003-cü il təvəllüdlü 11 xəstə müalicə alır".

Onun sözlərinə görə, ümumilikdə Mərkəzdəki xəstələrin əksəriyyəti 22-35 yaşında olan şəxslərdir:
"Ümumilikdə isə, dispanserdə müalicə alanların 17-si qadınlardır".
Dispanser rəhbəri həmçinin respublikadakı vəziyyətlə bağlı ümumi olaraq bildirib ki, son zamanlar psixatrop maddələrdən istifadə edən şəxslərin sayı artıb:

"Metamfetamin, el arasında yayılan adları ilə desək, "patı", "şüşə" kimi maddələr daha çox istifadə olunur".

© Depositphotos.com / AmixstudioŞpris və həblər
Шприцы и таблетки - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Şpris və həblər
Dispanserdə yerlər dolub?
Belə iddialar var ki, dispanserdə çarpayılar dolub və hətta ora qeydiyyata düşmək üçün növbə yaranıb.
O.Cəfərov bu məsələyə də sadəcə olaraq belə münasibət bildirib:

"350 çarpayıdan ibarət olan dispanserdə 350-yə yaxın xəstə müalicə alır".

Qeyd edək ki, ötən ilin sonuna qədər ölkədə qeydiyyatda olan narkotik istifadəçilərin sayı 34 602 nəfər təşkil edib. Qeydiyyata götürlən şəxslərdən 556-sı qadın olub.
Respublika üzrə yaş göstəricilərinə gəlincə, onlardan iki nəfəri 14 yaşında, 12 nəfəri 15-17 yaşında, 2313 nəfəri 18-24 yaşında, 292 nəfəri isə 65 yaşındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0