https://sputnik.az/20220701/murovdag-tunelinin-tikinti-layihesinin-goruntusu-paylasilib---vdeo-443596029.html
Murovdağ tunelinin tikinti layihəsinin görüntüsü paylaşılıb - VİDEO
Murovdağ tunelinin tikinti layihəsinin görüntüsü paylaşılıb - VİDEO
Sputnik Azərbaycan
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T18:03+0400
2022-07-01T18:03+0400
2022-07-01T18:03+0400
murovdağ
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/06/433933042_0:0:1920:1080_1920x0_80_0_0_d5ea5dca0700a5e712f87ccb06510047.jpg
BAKI, 1 iyul — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Murovdağ tunelinin tikinti layihəsinin görüntüsünü paylaşıb.AAYDA-dan verilən məlumata görə, Toğanalı-Kəlbəcər avtomobil yolunun 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır. Məlumata görə, bu hissədə uzunluğu 11658, hərəkət hissəsinin eni bir istiqamət üzrə 12 metr təşkil edən dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir.Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "3 N-li Magistral Yolların İstismarı" MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin "Kolin İnşaat Turizm Sənaye və Ticarət" və "Cengiz İnşaat Sənaye və Ticarət" şirkətləri birgə icra edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/06/433933042_240:0:1680:1080_1920x0_80_0_0_984f2ab29223ebf975e646f4710b8e28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
murovdağ
Murovdağ tunelinin tikinti layihəsinin görüntüsü paylaşılıb - VİDEO
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir.
BAKI, 1 iyul — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Murovdağ tunelinin tikinti layihəsinin görüntüsünü paylaşıb.
AAYDA-dan verilən məlumata görə, Toğanalı-Kəlbəcər avtomobil yolunun 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır. Məlumata görə, bu hissədə uzunluğu 11658, hərəkət hissəsinin eni bir istiqamət üzrə 12 metr təşkil edən dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "3 N-li Magistral Yolların İstismarı" MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin "Kolin İnşaat Turizm Sənaye və Ticarət" və "Cengiz İnşaat Sənaye və Ticarət" şirkətləri birgə icra edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.