https://sputnik.az/20220701/makron-aglini-itirmis-baydeni-ozune-getirmeye-cehd-edib-443594429.html
Makron "ağlını itirmiş" Baydeni özünə gətirməyə cəhd edib
Makron "ağlını itirmiş" Baydeni özünə gətirməyə cəhd edib
Sputnik Azərbaycan
“Makronun məsləhətinin mənası odur ki, ABŞ-ın özünü ələ alması və öz neft yataqlarına diqqət yetirməsinin vaxtı çatıb,” - deyə jurnalist qeyd edir. 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T15:44+0400
2022-07-01T15:44+0400
2022-07-01T15:49+0400
emmanuel makron
dünya xəbərləri
cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e6/07/01/443593651_0:0:2973:1672_1920x0_80_0_0_9b7cc0ca57604b60dc9750d9b0f17e98.jpg
BAKI, 1 iyul — Sputnik. Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Baydeni Rusiya neftinin idxalını məhdudlaşdırmaq fikrindən daşındırmağa çalışır. Bu barədə “New York Post”un köşə yazarı Stiven Heyvord yazır.Onun fikrincə, başa çatan G7 sammiti Cimmi Karterin Ağ evdə olduğu dövrdən bəri ən pis tədbir olub. Jurnalist hesab edir ki, Baydenin iştirakı ilə keçirilən tədbiri və 1979-cu ildə Yaponiyada keçirilən görüşü iştirakçılar arasında "ağlını itirmiş Amerika prezidenti"nin olması birləşdirir. Belə ki, Bayden Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması ideyasını dəstəkləyərək, Yaxın Şərq ölkələrini Qərbə tədarükü artırmağa çağırır."Bu həftə Emmanuel Makron, görünür, Karterin bütün siyasi səhvlərini təkrarlamaq niyyətində olan prezident Baydenlə yumşaq bir şəkildə mübahisə etməyə çalışıb. Baydenin Səudiyyə Ərəbistanına səfəri ərəfəsində neft hasilatını artırmaq ümidi ilə Makron ona dedi ki, səudiyyəlilər və Fars körfəzinin digər iri istehsalçıları artıq maksimum gücə yaxındırlar və istəsələr belə, Baydenə kömək edə bilməyəcəklər", - deyə Heyvord qeyd edib.Müəllif vurğulayıb ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Baydeni "ictimai biabırçılıqdan" xilas etməyə çalışıb."Makronun məsləhətinin mənası odur ki, ABŞ-ın özünü ələ alması və öz neft yataqlarına diqqət yetirməsinin vaxtı çatıb", - materialda belə deyilir.Heyvordun yazdığı kimi, Bayden Avropa ölkələrini Rusiyadan daha çox öz iqtisadiyyatlarına zərər vurmaqla hədələyən Moskvaya qarşı sanksiyaları yumşaltmaq, eyni zamanda bu prosesdə simalarını saxlamaq istəklərini görmür.G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderləri iyunun 26-28-də keçirilən sammitdə Rusiyadan enerji asılılığını azaltmaq niyyətlərini təsdiqləyiblər. Onlar ilkin olaraq Rusiya neft və qazı üçün qiymətləri məhdudlaşdırmağa başlamağa razılaşıblar. Sammitin yekunlarına dair kommünikeyə əsasən, G7 liderləri "Avropa İttifaqının beynəlxalq tərəfdaşlarla enerji qiymətlərinin saxlanması yollarını, o cümlədən zəruri hallarda idxal qiymətlərinə müvəqqəti məhdudiyyətin tətbiqinin mümkünlüyü barədə qərarını alqışlayırlar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/01/443593651_242:0:2973:2048_1920x0_80_0_0_249f4fff4136c3f3e1a26c977ae5008b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
emmanuel makron, cozef bayden
emmanuel makron, cozef bayden
Makron "ağlını itirmiş" Baydeni özünə gətirməyə cəhd edib
15:44 01.07.2022 (Yenilənib: 15:49 01.07.2022) “Makronun məsləhətinin mənası odur ki, ABŞ-ın özünü ələ alması və öz neft yataqlarına diqqət yetirməsinin vaxtı çatıb,” - deyə jurnalist qeyd edir.
BAKI, 1 iyul — Sputnik. Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Baydeni Rusiya neftinin idxalını məhdudlaşdırmaq fikrindən daşındırmağa çalışır. Bu barədə “New York Post”un köşə yazarı Stiven Heyvord yazır.
Onun fikrincə, başa çatan G7 sammiti Cimmi Karterin Ağ evdə olduğu dövrdən bəri ən pis tədbir olub. Jurnalist hesab edir ki, Baydenin iştirakı ilə keçirilən tədbiri və 1979-cu ildə Yaponiyada keçirilən görüşü iştirakçılar arasında "ağlını itirmiş Amerika prezidenti"nin olması birləşdirir. Belə ki, Bayden Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması ideyasını dəstəkləyərək, Yaxın Şərq ölkələrini Qərbə tədarükü artırmağa çağırır.
"Bu həftə Emmanuel Makron, görünür, Karterin bütün siyasi səhvlərini təkrarlamaq niyyətində olan prezident Baydenlə yumşaq bir şəkildə mübahisə etməyə çalışıb. Baydenin Səudiyyə Ərəbistanına səfəri ərəfəsində neft hasilatını artırmaq ümidi ilə Makron ona dedi ki, səudiyyəlilər və Fars körfəzinin digər iri istehsalçıları artıq maksimum gücə yaxındırlar və istəsələr belə, Baydenə kömək edə bilməyəcəklər", - deyə Heyvord qeyd edib.
Müəllif vurğulayıb ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Baydeni "ictimai biabırçılıqdan" xilas etməyə çalışıb.
"Makronun məsləhətinin mənası odur ki, ABŞ-ın özünü ələ alması və öz neft yataqlarına diqqət yetirməsinin vaxtı çatıb", - materialda belə deyilir.
Heyvordun yazdığı kimi, Bayden Avropa ölkələrini Rusiyadan daha çox öz iqtisadiyyatlarına zərər vurmaqla hədələyən Moskvaya qarşı sanksiyaları yumşaltmaq, eyni zamanda bu prosesdə simalarını saxlamaq istəklərini görmür.
G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderləri iyunun 26-28-də keçirilən sammitdə Rusiyadan enerji asılılığını azaltmaq niyyətlərini təsdiqləyiblər. Onlar ilkin olaraq Rusiya neft və qazı üçün qiymətləri məhdudlaşdırmağa başlamağa razılaşıblar. Sammitin yekunlarına dair kommünikeyə əsasən, G7 liderləri "Avropa İttifaqının beynəlxalq tərəfdaşlarla enerji qiymətlərinin saxlanması yollarını, o cümlədən zəruri hallarda idxal qiymətlərinə müvəqqəti məhdudiyyətin tətbiqinin mümkünlüyü barədə qərarını alqışlayırlar".