Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda pasiyent burun əməliyyatı zamanı ölüb

© Sputnik / Murad OrujovГовсанский олимпийский спортивный комплекс, переоборудованный в клинику модульного типа
Говсанский олимпийский спортивный комплекс, переоборудованный в клинику модульного типа - Sputnik Azərbaycan, 1920, 01.07.2022
Abunə olmaq
Bakı şəhərində 50 yaşlı Əhməd Kazımov burun əməliyyatı zamanı vəfat edib. Qohumlarının iddiasına görə, Ə.Kazımov həkim səhlənkarlığı nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
BAKI, 1 iyul — Sputnik. Bakıda xəstəxanalardan birində xəstə əməliyyat masasında dünyasını dəyişib. Əslən Biləsuvar rayonundan olan, Bakı şəhərində yaşayan 50 yaşlı Əhməd Kazımov burun əməliyyatı zamanı vəfat edib.
Mərhum Biləsuvar rayonunun Amankənd kəndində dəfn olunub.
Qohumlarının iddiasına görə, Ə.Kazımov həkim səhlənkarlığı nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, analoji hadisə Qax rayonunda da baş verib. Əməliyyat zamanı 23 yaşlı qız ölüb. Hadisə Qax Rayon Xəstəxanasında qeydə alınıb. Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcovanın burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Rayon Xəstəxanasında lor-həkim Əkrəm İmaməliyev tərəfindən aparılan əməliyyat zamanı qəflətən halı pisləşərək ölmüşdü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0