https://sputnik.az/20220701/almaniya-litvadan-kalininqrada-tranzit-qadagasini-legv-etmeyi-teleb-edib---media-443598949.html
Almaniya Litvadan Kalininqrada tranzit qadağasını ləğv etməyi tələb edib - media
Almaniya Litvadan Kalininqrada tranzit qadağasını ləğv etməyi tələb edib - media
Sputnik Azərbaycan
Almaniyanın "Spiegel" internet nəşrinin yazdığına görə, "Almaniya hakimiyyəti sanksiyaya məruz qalan malların Kalininqrada tranziti ilə bağlı "Yüklər Rusiyadan... 01.07.2022, Sputnik Azərbaycan
2022-07-01T19:34+0400
2022-07-01T19:34+0400
2022-07-01T19:34+0400
almaniya
dünya xəbərləri
litva
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437663073_0:90:3319:1957_1920x0_80_0_0_57e425c718530353ecabc59619c9840f.jpg
BAKI, 1 iyul — Sputnik. Almaniya hökuməti Litvanın Kalininqrada tranzitlə bağlı qadağasını aradan qaldırmasını tələb edib.Bu barədə “RİA Novosti” agentliyi “Spiegel” internet nəşrinə istinadən yazır."Federal hökumət Litvanın hərəkətlərindən hiddətlənib. Berlin litvalıların Kalininqrada sanksiya tətbiq edilmiş yüklərin tranzitinin Avropa İttifaqının ərazisindən keçməməsi ilə bağlı fikrini bölüşmür. Bildirilir ki, "Yüklər Rusiyadan Rusiyaya nəql olunur, buna icazə verilir", – deyə “Spiegel” öz məlumatlarına istinadən yazır.Avropa İttifaqı hələ aprelin əvvəlində Rusiya Federasiyasında qeydiyyatdan keçmiş yük maşınlarının Avropa ölkələrinə buraxılmasını dayandırıb. Ancaq bunu Kalininqrad vilayətinə malların tranziti üçün istisna edib. İndi Litvanın elan etdiyi qadağa Aİ sanksiyalarına məruz qalan bütün malların tranzitinə şamil edilir. Litva Dəmir Yolları Kalininqrad Dəmir Yolunu iyunun 18-dən etibarən Aİ sanksiyalarına məruz qalan bir sıra yüklərin tranzitini dayandırması barədə xəbərdar edib.Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Litvanın Rusiya Federasiyasının qalan hissəsindən Kalininqrad vilayətinə tranzitin məhdudlaşdırılması ilə bağlı qeyri-dost addımlarına cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir. Vilayətin qubernatoru Anton Alixanov bildirib ki, Kalininqrad vilayətinin bərə kompleksi tranzit məhdudiyyətləri səbəbindən yeni yüklərin öhdəsindən gələcək.“Litva aqressiv hərəkət edir və qeyri-dost xətlərdən kənara çıxır,” - deyə XİN-nin nümayəndəsi Mariya Zaxarova bildirib.Aİ-nin Rusiyadakı səfiri Markus Ederer XİN-ə çağırılıb. Rusiya tərəfi dərhal Kalininqrad tranzitinin bərpa olunmasını tələb edib, əks təqdirdə, cavab tədbirlərinin həyata keçiriləcəyi bildirilib. Litva hakimiyyəti tranzit müqaviləsinin pozulmasını inkar edir və yalnız Aİ-nin sanksiyalarını yerinə yetirdiyini iddia edir. Litva Prezidenti Qitanas Nauseda Vilnüsün Rusiyaya güzəştə getməyəcəyini bəyan edib.Xəbər verildiyi kimi, iyunun 18-dən Litva tədricən Aİ-nin sanksiyalar paketindən malları Kalininqrad vilayətinə yük tranzitindən çıxarmağa başlayıb. Bu da Vilnüs və Moskva arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. Rusiya Litvaya qarşı cavab sanksiyaları tətbiq etməyə hazır olduğunu açıqlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437663073_295:0:3024:2047_1920x0_80_0_0_0898c964a68991abd10e7c5310f8ae06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
almaniya, litva
Almaniya Litvadan Kalininqrada tranzit qadağasını ləğv etməyi tələb edib - media
Almaniyanın "Spiegel" internet nəşrinin yazdığına görə, "Almaniya hakimiyyəti sanksiyaya məruz qalan malların Kalininqrada tranziti ilə bağlı "Yüklər Rusiyadan Rusiyaya nəql olunur, buna icazə verilir" deyə bildirib.
BAKI, 1 iyul — Sputnik. Almaniya hökuməti Litvanın Kalininqrada tranzitlə bağlı qadağasını aradan qaldırmasını tələb edib.
Bu barədə “RİA Novosti” agentliyi “Spiegel” internet nəşrinə istinadən yazır.
"Federal hökumət Litvanın hərəkətlərindən hiddətlənib. Berlin litvalıların Kalininqrada sanksiya tətbiq edilmiş yüklərin tranzitinin Avropa İttifaqının ərazisindən keçməməsi ilə bağlı fikrini bölüşmür. Bildirilir ki, "Yüklər Rusiyadan Rusiyaya nəql olunur, buna icazə verilir", – deyə “Spiegel” öz məlumatlarına istinadən yazır.
Avropa İttifaqı hələ aprelin əvvəlində Rusiya Federasiyasında qeydiyyatdan keçmiş yük maşınlarının Avropa ölkələrinə buraxılmasını dayandırıb. Ancaq bunu Kalininqrad vilayətinə malların tranziti üçün istisna edib. İndi Litvanın elan etdiyi qadağa Aİ sanksiyalarına məruz qalan bütün malların tranzitinə şamil edilir. Litva Dəmir Yolları Kalininqrad Dəmir Yolunu iyunun 18-dən etibarən Aİ sanksiyalarına məruz qalan bir sıra yüklərin tranzitini dayandırması barədə xəbərdar edib.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Litvanın Rusiya Federasiyasının qalan hissəsindən Kalininqrad vilayətinə tranzitin məhdudlaşdırılması ilə bağlı qeyri-dost addımlarına cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir. Vilayətin qubernatoru Anton Alixanov bildirib ki, Kalininqrad vilayətinin bərə kompleksi tranzit məhdudiyyətləri səbəbindən yeni yüklərin öhdəsindən gələcək.
“Litva aqressiv hərəkət edir və qeyri-dost xətlərdən kənara çıxır,” - deyə XİN-nin nümayəndəsi Mariya Zaxarova bildirib.
Aİ-nin Rusiyadakı səfiri Markus Ederer XİN-ə çağırılıb. Rusiya tərəfi dərhal Kalininqrad tranzitinin bərpa olunmasını tələb edib, əks təqdirdə, cavab tədbirlərinin həyata keçiriləcəyi bildirilib. Litva hakimiyyəti tranzit müqaviləsinin pozulmasını inkar edir və yalnız Aİ-nin sanksiyalarını yerinə yetirdiyini iddia edir. Litva Prezidenti Qitanas Nauseda Vilnüsün Rusiyaya güzəştə getməyəcəyini bəyan edib.
Xəbər verildiyi kimi, iyunun 18-dən Litva tədricən Aİ-nin sanksiyalar paketindən malları Kalininqrad vilayətinə yük tranzitindən çıxarmağa başlayıb. Bu da Vilnüs və Moskva arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. Rusiya Litvaya qarşı cavab sanksiyaları tətbiq etməyə hazır olduğunu açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.