https://sputnik.az/20220630/xezeryani-dovletler-dunyanin-merkezine-cevrilibler-prezidentler-zirvede-ne-danisiblar-443538995.html
Xəzəryanı dövlətlər dünyanın mərkəzinə çevriliblər: Prezidentlər zirvədə nə danışıblar?
Xəzəryanı dövlətlər dünyanın mərkəzinə çevriliblər: Prezidentlər zirvədə nə danışıblar?
Sputnik Azərbaycan
İqtisadçının fikrincə, Xəzər dənizi üzərindən məhsulların daşınması ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin aşağı düşməsinə təsir edəcək 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T17:18+0400
2022-06-30T17:18+0400
2022-06-30T17:18+0400
xəzər
siyasət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1d/443488917_0:147:3118:1901_1920x0_80_0_0_7e23f49c64ad212684dd67023e684bab.jpg
BAKI, 30 iyun — Sputnik. Dünən Türkmənistanın paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısı keçirilib. VI Zirvə toplantısında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edilib.Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a toplantının iqtisadi perspektivlərini şərh edib.İqtisadçı bildirib ki, hazırda Xəzəryanı dövlətlər dünyanın mərkəzinə çevrilib: "Pandemiya dövründə nəqliyyat və logistika ilə bağlı yaranan problemlər Avropa ilə Asiya arasında əmtəə mübadiləsində Xəzəryanı dövlətlərin əhəmiyyətini artırıb. Bu, xüsusilə Azərbaycanın önəmini artırıb. Belə bir vəziyyətdə Xəzəryanı dövlətlərin əməkdaşlığına ehtiyac var. Ola bilər gələcəkdə Xəzər dənizi vasitəsilə Türkmənistan ilə Azərbaycan arasında qaz borusu xətti çəkilsin. Ona görə də müəyyən razılaşmalar həyata keçirilməlidir ki, regional korporasiya üçün şərait yaradılsın"."Xəzər Sammiti çərçivəsində keçirilən görüşlər həm dünya iqtisadiyyatının, həm də regional iqtisadiyyatın inkişafı üçün çox vacibdir. Əvvəlki toplantılarda qəbul edilən qərarlar bizim iqtisadi inkişafımıza təkan verir", -deyə o qeyd edib.Ekspert diqqətə çatdırıb ki, Rusiya, Qazaxıstan ən çox ərzaq ixrac edən ölkələrdir: "Bizim əməkdaşlığımız gücləndikcə, iqtisadi münasibətlərimiz daha da yaxşılaşdıqca ticarət münasibətləri artacaq. Bu da ərzaq təhlükəsizliyinə töhfə verəcək. Xəzər dənizi üzərindən məhsulların daşınması ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin aşağı düşməsinə təsir edəcək".Xatırladaq ki, dünən Aşqabadda Xəzəryanı dövlətlərin dövlət başçılarının VI Zirvə Toplantısı keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev VI Zirvə Toplantısındakı çıxışında bildirib ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.Prezident İlham Əliyev vurğulayıb ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır."Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq", - deyə Azərbaycan Prezidenti qeyd edib.
https://sputnik.az/20220629/lham-eliyev-xezer-denizinin-dayazlasma-dinamikasi-narahatliq-dogurur-443504929.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1d/443488917_194:0:2925:2048_1920x0_80_0_0_fb286454d46c0198883be8d17cdf3379.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəzər, prezident ilham əliyev
xəzər, prezident ilham əliyev
Xəzəryanı dövlətlər dünyanın mərkəzinə çevriliblər: Prezidentlər zirvədə nə danışıblar?
İqtisadçının fikrincə, Xəzər dənizi üzərindən məhsulların daşınması ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin aşağı düşməsinə təsir edəcək
BAKI, 30 iyun — Sputnik. Dünən Türkmənistanın paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısı keçirilib. VI Zirvə toplantısında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a toplantının iqtisadi perspektivlərini şərh edib.
İqtisadçı bildirib ki, hazırda Xəzəryanı dövlətlər dünyanın mərkəzinə çevrilib: "Pandemiya dövründə nəqliyyat və logistika ilə bağlı yaranan problemlər Avropa ilə Asiya arasında əmtəə mübadiləsində Xəzəryanı dövlətlərin əhəmiyyətini artırıb. Bu, xüsusilə Azərbaycanın önəmini artırıb. Belə bir vəziyyətdə Xəzəryanı dövlətlərin əməkdaşlığına ehtiyac var. Ola bilər gələcəkdə Xəzər dənizi vasitəsilə Türkmənistan ilə Azərbaycan arasında qaz borusu xətti çəkilsin. Ona görə də müəyyən razılaşmalar həyata keçirilməlidir ki, regional korporasiya üçün şərait yaradılsın".
"Xəzər Sammiti çərçivəsində keçirilən görüşlər həm dünya iqtisadiyyatının, həm də regional iqtisadiyyatın inkişafı üçün çox vacibdir. Əvvəlki toplantılarda qəbul edilən qərarlar bizim iqtisadi inkişafımıza təkan verir", -deyə o qeyd edib.
Ekspert diqqətə çatdırıb ki, Rusiya, Qazaxıstan ən çox ərzaq ixrac edən ölkələrdir: "Bizim əməkdaşlığımız gücləndikcə, iqtisadi münasibətlərimiz daha da yaxşılaşdıqca ticarət münasibətləri artacaq. Bu da ərzaq təhlükəsizliyinə töhfə verəcək. Xəzər dənizi üzərindən məhsulların daşınması ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin aşağı düşməsinə təsir edəcək".
Xatırladaq ki, dünən Aşqabadda Xəzəryanı dövlətlərin dövlət başçılarının VI Zirvə Toplantısı keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev VI Zirvə Toplantısındakı çıxışında bildirib ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyev vurğulayıb ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
"Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq", - deyə Azərbaycan Prezidenti qeyd edib.