CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülər cəzalandırılır, bəs sərnişinlər? - Hüquqşünaslar bu barədə nə düşünür

© REPORTSərnişin avtobusunun sükanı, arxiv şəkli
Sərnişin avtobusunun sükanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Abunə olmaq
Sərnişinlərlə bağlı qanunvericilikdə ayrıca bir norma yoxdur. Lakin sürücüyə qarşı həm də digər sərnişinlərin həyat və sağlmalığını təhlükəyə atmaqdır.
BAKI, 30 iyun — Sputnik. Bir neçə gün öncə Sumqayıtda sürücü ilə sərnişin arasında xoşagəlməz insident baş verib. Belə ki, mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başına zərbə endirib. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Beləliklə, hadisə nəticəsində qadın avtobusun qapısından yola yıxılıb.
Təcrübə göstərir ki, bu və bu kimi xoşagəlməz hallarda bir qayda olaraq sürücülər cəzalandırılır, işdən uzaqlaşdırılırlar.
Maraqlıdır, bu cür hallara görə sərnişinlər nə kimi məsuliyyət daşıyırlar?
Hüquq müdafiəçisi Çingiz Qənizadə Sputnik Azərbayan-a açıqlamasında bildirib ki, ümumiyyətlə, sərnişinlər törətdikləri əmələ görə cəzalandırıla bilər:

"Avtobus ictimai yerdir, törədilən əməllərə görə də həm inzibati, həm də cinayət məsuliyyəti yaradan hallar var. Xuliqanlıq halları cinayət məsuliyyəti yaradır. Az xuliqanlıq halları da inzibati məsuliyyət yarada bilər və belə olan halda da sərnişin törətdiyi əmələ görə həbs edilə bilər".

"Ümumiyyətlə, vətəndaşlar da sürücünü başa düşməlidir ki, o 8 saat ərzində, istidə, soyuqda iş başında olur. O da insandır, yorulur, onun əsəbləri ilə oynamaq, qıcıqlandırmaq, haqsız yerə nələrsə tələb etmək yolverilməzdir", - deyə Ç.Qənizadə vurğulayıb.
© Sputnik / Murad OrujovDeputat Çingiz Qənizadə
Deputat Çingiz Qənizadə - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Deputat Çingiz Qənizadə
Sırf Sumqyaıtda baş verən hadisəyə gəldikdə isə Ç.Qənizadə qeyd edir ki, sərnişinin bu hərəkətlərində məsuliyyət yaradan hallar var:
"Düşünürəm ki, qadının hərəkətləri də yolverilməzdir, əslində bu, xırda xuliqanlıqdır və müəyyən qədər inzibati məsuliyyət yaradır. Çünki baş verən hadisədə daha çox qadının aqressivliyi müşahidə olunur və o sürücünün öz fəaliyyətini icra etməsinə mane olur, dava edir, səs-küy salır. Ümumiyyətlə, Azərbaycanda piyada, sürücü və sərnişinlərin davranışı ilə bağlı belə hallar gördükdə təəssüf hissi keçirirəm", - deyə o əlavə edib.
Hüquq müdafiəçisi həmçinin sürücünün də hərəkətlərinin yolverilməz olduğunu bildirib:
"Xidmət göstərən sürücü də təmkinli olmalı idi. Çünki onun qarşısındakı qadın idi və o müəyyən yaşda idi. Sürücü qadını təpiklə vurub onu avtobusdan yerə yıxmalı deyildi. Bu səbəbdən sürücü ilə bağlı görülən tədbirləri təqdirəlayiq hesab edirəm. Ümumiyyətlə, baş verən bu hadisədə hər iki tərəfdə günah var"
Ç.Qənizadə deyir ki, sürücü sadəcə olaraq sərnişinə avtobusu dayanacaqdan kənarda saxlasa, qanunun pozulacağını izah etməli idi.

"O "saxlamıram, yaxşı edirəm", deməkdənsə, qanunun aliliyini izah etməli idi. Etdiyi hərəkətə görə sürücünün də məsuliyyəti yaranır", - deyə hüquq müdafiəçisi əlavə edib.

Vəkil Türkel Süleymanlı isə bildirib ki, sərnişinlərlə bağlı qanunvericilikdə ayrıca bir norma yoxdur:
"Sadəcə olaraq sərnişin sürücünü dayanacaqdan kənarda saxlamağa vadar etməməli, qayda-qanunları bilməli, hansısa şəkildə xuliqanlıq etməməlidir. Sürücünün işinə müdaxilə edilməməlidir. Hər bir halda sürücünün sükan arxasında olduğunu nəzərə alsaq, ona edilən hücumu birbaşa xuliqanlıq kimi qiymətləndirə bilərik".
© Sputnik / Murad OrujovTürkel Süleymanlı
Türkel Süleymanlı  - Sputnik Azərbaycan, 1920, 30.06.2022
Türkel Süleymanlı
Vəkil onu da deyib ki, sürücüyə qarşı hücum həm də sərnişinlərin həyat və sağlmalığını təhlükəyə atmaqdır:
"Bu səbəbdən belə sərnişinlər mütləq cəzalandırılmalıdır. Sürücü hansısa kobudluq edərsə belə, ona hücum etmək olmaz".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0