https://sputnik.az/20220630/sernisini-avtobusdan-yixan-surucu-hebs-edildi-443516460.html
Sərnişini avtobusdan yıxan sürücünün həbs məsələsi dəqiqləşməyib: Ekspertiza təyin edilib
Sərnişini avtobusdan yıxan sürücünün həbs məsələsi dəqiqləşməyib: Ekspertiza təyin edilib
Sputnik Azərbaycan
12 saylı xəttin sahibkarı Fərəcov Elgiz onun sənədlərini bu gün hüquq-mühafizə orqanlarının gəlib götürdüyünü söyləyib. 30.06.2022, Sputnik Azərbaycan
2022-06-30T11:03+0400
2022-06-30T11:03+0400
2022-06-30T12:52+0400
avtobus
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/41454/84/414548431_0:0:2001:1125_1920x0_80_0_0_e17f625770bd29709bf56dabba7af5fb.jpg
BAKI, 30 iyun — Sputnik. Sumqayıtda marşrut avtobusunda qadını itələyib avtobusdan yıxan sürücü Amil Kosayev həbs olunmayıb.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 12 saylı avtobusda baş vermiş insidentlə bağlı hər iki şəxs barəsində araşdırmaya başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Amma onlar saxlanılmayıb.Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı Nahid Bağırlı da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insidentlə bağlı faktlar toplanaraq Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsindən isə hələki sənədlərin onlara çatmadığını bildiriblər.Sərnişini avtobusdan yıxan sürücü həbs edilib?Bu gün səhər saatlarında Sumqayıtda 12 saylı xəttin sahibkarı Elgiz Fərəcov Sputnik Azərbaycan-a bildirib ki, marşrut avtobusunda qadını itələyib avtobusdan yıxan sürücü Amil Kosayev həbs olunub. E.Fərəcovun sözlərinə görə, bu gün hüquq mühafizə orqanları gəlib sürücünün işdə olan sənədlərini götürüb gediblər:"Mən sürücünü hadisə barədə kamera görüntülərini izlədikdən dərhal sonra işdən azad etmişdim. Həmin görüntü ilə birlikdə Sumqayıt Polis İdarəsinə yazılı şəkildə müraciət etmişdim. Bu gün gəlib Amil Kosayevin şəxsi işini apardılar".Qeyd edək ki, A.Kosayev 2021-ci ildən Sumqayt 12 saylı xətdə sürücü vəzifəsində işə başlayıb.Xatırladaq ki, Sumqayıtda dünən sürücü ilə sərnişin arasında insident baş verib. Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb. Nəticədə avtobusdan yıxılan sərnişin Sənubər Baxışəliyeva yüngül bədən xəsarətləri alıb.
https://sputnik.az/20220629/qadini-tepikle-vuran-surucu-isden-cixardildi-ekskluziv-video-443499074.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41454/84/414548431_14:0:1793:1334_1920x0_80_0_0_89b93e894bd325a987a636f4c55c8c20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtobus
Sərnişini avtobusdan yıxan sürücünün həbs məsələsi dəqiqləşməyib: Ekspertiza təyin edilib
11:03 30.06.2022 (Yenilənib: 12:52 30.06.2022) 12 saylı xəttin sahibkarı Fərəcov Elgiz onun sənədlərini bu gün hüquq-mühafizə orqanlarının gəlib götürdüyünü söyləyib.
BAKI, 30 iyun — Sputnik. Sumqayıtda marşrut avtobusunda qadını itələyib avtobusdan yıxan sürücü Amil Kosayev həbs olunmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 12 saylı avtobusda baş vermiş insidentlə bağlı hər iki şəxs barəsində araşdırmaya başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Amma onlar saxlanılmayıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı Nahid Bağırlı da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insidentlə bağlı faktlar toplanaraq Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsindən isə hələki sənədlərin onlara çatmadığını bildiriblər.
Sərnişini avtobusdan yıxan sürücü həbs edilib?
Bu gün səhər saatlarında Sumqayıtda 12 saylı xəttin sahibkarı Elgiz Fərəcov Sputnik Azərbaycan-a bildirib ki, marşrut avtobusunda qadını itələyib avtobusdan yıxan sürücü Amil Kosayev həbs olunub.
E.Fərəcovun sözlərinə görə, bu gün hüquq mühafizə orqanları gəlib sürücünün işdə olan sənədlərini götürüb gediblər:
"Mən sürücünü hadisə barədə kamera görüntülərini izlədikdən dərhal sonra işdən azad etmişdim. Həmin görüntü ilə birlikdə Sumqayıt Polis İdarəsinə yazılı şəkildə müraciət etmişdim. Bu gün gəlib Amil Kosayevin şəxsi işini apardılar".
Qeyd edək ki, A.Kosayev 2021-ci ildən Sumqayt 12 saylı xətdə sürücü vəzifəsində işə başlayıb.
Xatırladaq ki, Sumqayıtda dünən sürücü ilə sərnişin arasında insident baş verib. Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb.
Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb. Nəticədə avtobusdan yıxılan sərnişin Sənubər Baxışəliyeva yüngül bədən xəsarətləri alıb.